MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI YENİDƏN QURULUR
AZƏRTAC xəbər verir ki, Sabirabadda Mirzə Ələkbər Sabir adına mədəniyyət və istirahət parkı rayonun daxili imkanları hesabına yenidən qurulur. Qısa müddətdə 3 min kvadratmetrlik sahədə torpaq işləri görülmüş, səki və xiyabanlar salınmış, 2 mindən çox həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
Burada 2500 kvadratmetr sahədə üzlük daşların düzülməsi, idman qurğularının yaradılması, yeni işıqlandırma sisteminin quraşdırılması, bir sıra xidmət obyeklərinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.