Media: NATO Avropa İttifaqı-Türkiyə əməkdaşlığını dərinləşdirməyə çağırır
Bakı, 11 mart, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqı (Aİ) liderlərini təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün fikir ayrılıqlarını kənara qoyaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, buna ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Avropanın təhlükəsizliyi ilə bağlı mövqeyi səbəb olub. Hazırda Brüssel Avropanın müdafiə qabiliyyətinin artırılması çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər ölkələrlə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır.
Qeyd edək ki, NATO-nun fəaliyyətindən daim narazılığını ifadə edən Donald Tramp hələ prezident seçkilərindən öncə Avropa ölkələrini öz üzərlərinə təhlükəsizliklə bağlı daha böyük maliyyə məsuliyyəti götürməyə çağırıb, əks təqdirdə Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib. O, vəzifəyə gəldikdən sonra NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmalı olduqlarını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]