Media: “Volkswagen” Almaniyada azı üç zavodunu bağlayacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Almaniyanın “Volkswagen” avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Focus” nəşri konsernin direktorlar şurasına istinadla məlumat yayıb.
Volfsburqda keçirilən məlumatlandırma tədbirində çıxış edən istehsalat şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, on minlərlə iş yeri risk altındadır - bütöv şöbələr bağlanacaq və ya xaricə köçürüləcək.
“Bu planlar Almaniyadakı bütün “Volkswagen” zavodlarına aiddir. Onların heç biri təhlükədən kənarda deyil”, - deyə Kavallo əlavə edib.
Almaniyada şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Mediada yayılan məlumata görə, ixtisarlar 2025-ci il iyulun 1-də başlaya bilər. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]