Mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupun iclası keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın sədrliyi ilə mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrupun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ombudsman Aparatının, Mediasiya Şurasının, dövlət qurumlarının nümayəndələri və mediatorlar iştirak ediblər.
İclası giriş sözü ilə açan Səbinə Əliyeva mediasiyanın Azərbaycan qanunvericiliyinə inteqrasiyası, bu sahədə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verib. Müvəkkil ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.
Tədbirdə çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Şuranın fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Yekunda Mediasiya Şurası tərəfindən hazırlanan təkliflər dinlənilib, açıq müzakirələr keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]