MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURA TƏSVİR OLUNMUŞ KÖYNƏK GEYƏN İTALİYA NAZİRİ İSTEFA VERMİŞDİR
Bundan bir gün əvvəl Kalderoli Məhəmməd Peyğəmbərə karikaturalar təsvir olunduğu köynək geydiyini İtaliya televiziyası birinci kanalının - RAİ kanalının tamaşaçılarına nümayiş etdirmişdir.
Bu, bütün dünyada müsəlmanların böyük hiddətinə səbəb olmuş, nəticədə fevralın 17-də Liviyanın Benqazi şəhərindəki İtaliya baş konsulluğu binasının yandırılmasına və genişmiqyaslı etiraz nümayişlərinə gətirib çıxarmışdır. Nümayişlər zamanı 10 nəfər həlak olmuş, 50-dən çox adam yaralanmışdır.
Bu hadisələrdən sonra İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni nazir Kalderolidən istefa verməyi sərt şəkildə tələb etmişdir. Müxalifətin bütün liderləri, nazirin hakim koalisiya üzrə arxadaşları da bu cür tələb irəli sürmüşlər.
Hazırda Madriddə rəsmi səfərdə olan İtaliya Prezidenti Karlo Adzelyo Çampi də nazirin hərəkətindən hiddətləndiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]