Məhəmməd Salah Ceymi Vardinin rekordunu təkrarlayıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, misirli hücumçu ardıcıl 15-ci oyunda qol vurulmasında pay sahibi olub. O, XVII turun “Nyukasl”la görüşündə rəqib qapısına yol tapıb. İyirmi doqquz yaşlı forvard son 15 matçda 14 qol və 7 assistə imza atıb.
Salah bununla da Ceymi Vardiyə məxsus rekordu təkrarlayıb. “Lester”in hücumçusu da ardıcıl 15 görüşdə qol və ya assistlə fərqlənib.
“Nyukasl” üzərində 3:1 hesablı qələbə “Liverpul” üçün də tarixi əhəmiyyət kəsb edib. Mersisaydlılar İngiltərə çempionatları tarixinə yüksək dəstədə 2000-ci qələbə qazanan ilk komanda kimi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]