MƏHKƏMƏ BİNASINDA YENİ POÇT AGENTLİYİ AÇILMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müasir tələblərə cavab verən bu agentlik Yasamal poçtamtının nəzdində fəaliyyət göstərir. Bundan sonra məhkəmə binasından kənara çıxmadan bütün növ poçt xidmətlərindən istifadə etmək mümkün olacaqdır.
Nazirlik bu istiqamətdə görüləcək işlərin miqyasını genişləndirmək və davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda respublika Ali Məhkəməsi, 1 və 2 saylı vergi idarələri və Texniki Universitetin binalarında da poçt agentliklərinin yaradılması nəzərdə tutulmuşdur. Binəqədi rayonunun Sulutəpə və Biləcəri qəsəbələrində, Qaradağ rayonunda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı Ümid yaşayış məntəqəsində yeni poçt agentliklərinin açılması üçün müvafiq iş aparılır.