CƏMİYYƏT
Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və qanunsuz dövriyyədən çıxarılan, müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının məhv edilməsi üzrə Bakı şəhəri Xətai rayon komissiyası tərəfindən ümumilikdə 193 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib. Eyni zamanda, videoçəkiliş aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.