Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Əliyeva - Azərbaycanın “mədəni diplomatiya”sının səlahiyyətli nümayəndəsi

Mehriban Əliyeva - Azərbaycanın “mədəni diplomatiya”sının səlahiyyətli nümayəndəsi

Bakı, 22 avqust (AZƏRTAC). Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin 22 avqust nömrəsində Azərbaycanın Əməkdar Jurnalisti, Respublika Dövlət Mükafatı Laureatı Elmira Axundovanın “Mehriban Əliyevanın mədəni ekspansiyası” adlı məqaləsi dərc edilib. Bundan əvvəl bu məqalə avqustun 21-də “Vestnik Kavkaza” saytında ingilis dilində yerləşdirilib. AZƏRTAC həmin məqaləni təqdim edir.

X X X

Fransanın Kann şəhərində bu il iyul ayının ikinci yarısı Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi ilə əlamətdar olub. Dünya KİV-ləri bu hadisəni geniş işıqlandırıb, Fransa qəzetləri isə Lacivərd sahildə baş verənləri Avropanın mərkəzində Azərbaycan mədəniyyətinin zəfər yürüşü adlandırıb.

Mədəniyyət Günlərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış proqramı zəngin və yaddaqalan oldu: klassik musiqi həvəskarları Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifaçılıq məharəti ilə tanış oldular, caz biliciləri istedadlı gənc musiqiçi İsfar Sarabskinin virtuoz improvizələrindən zövq aldılar, ağzının dadını bilənlər Azərbaycan mətbəxinin ləziz xörəklərini dadmaq imkanı, mənəvi qida həvəskarları isə “Azərbaycan - ənənələr və gələcək ölkəsi” adlı sərgi ilə tanış olmaq imkanı qazandılar. Bu sərgidə Azərbaycan xalqının həqiqətən zəngin maddi-mənəvi artefaktları təqdim olundu. Mədəniyyət Günləri çərçivəsində ən əlamətdar hadisə isə 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimat mərasimi oldu. Təqdimatda Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib. Yeri gəlmişkən, Mehriban xanım həmin günlərdə Lacivərd sahildə keçirilən digər mədəniyyət aksiyalarında da fəal iştirak edib.

Heydər Əliyev Fondunun çoxsaylı mədəni layihələri və onun prezidentinin xeyriyyəçilik aksiyaları dünyanın müxtəlif qitələrində qibtə doğuracaq bir ardıcıllıqla əks-səda doğurur. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin və Əbədi şəhərdə Roma katakombalarının bərpası, Pakistanın Müzəffərabad şəhərində qızlar üçün məktəbin yenidən qurulması, ən nüfuzlu beynəlxalq rəsm sərgisində - Venesiya biennalesində Azərbaycan pavilyonunun açılması, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Ulyanovsk şəhərində 78 nömrəli orta məktəbin əsaslı təmiri və abadlaşdırılması... Əslində Heydər Əliyev Fondunun gördüyü xeyirxah işlərin və xeyriyyəçilik təşəbbüslərinin siyahısını sadalamaq istəsək, bu məqalə üçün ayrılan yerin hamısı ona sərf edilərdi. Bir məqam göz qabağındadır: bu qeyri-hökumət təşkilatı xeyli vaxtdır ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə və ölkəmizin baş imicmeykerinə çevrilib.

Fondun prezidenti Mehriban Əliyeva öz kreativ komandası ilə birlikdə yorulmadan dünyanı gəzir, daim yeni obyektlərin açılışını həyata keçirir, təqdimat mərasimlərində çıxış edir. Onun şəxsən iştirakı keçirilən beynəlxalq tədbirləri lazımi səviyyəyə qaldırmağa, bu tədbirlərə gələn qonaqların ulduz statusunu, onların xarici mətbuatda geniş və hərtərəfli işıqlandırılmasını təmin etməyə imkan verir. Fondun Azərbaycan daxilində təşkil etdiyi aksiyaların - xarici ölkələrin birinci xanımlarının, BMT, UNESCO, İSESCO, Avropa Şurası kimi qurumların rəhbərlərinin iştirakı ilə mədəniyyətlərarası və dinlərarası dialoqa dair beynəlxalq konfransların və “dəyirmi masa”ların səviyyəsini və miqyasını da yuxarıda deyilənlərə əlavə etsək, sanballı bir nəticə alınır.

X X X

...Heydər Əliyev Fondunun fəaliyyətini təhlil edəndə, əslində çox böyük olmayan bir kollektivin praktiki olaraq bütün ideya və layihələrinin çoxşaxəli, ambisiyalı və ən başlıcası - uğurlu olmasına heyrətlənir, bu nəticəyə gəlirsən ki, həmin komandanın əvəzsiz lideri problemlərin iyerarxiyasını düşünülmüş şəkildə qurmağı və cəmiyyətin tələbatına həssas münasibət bildirməyi bacarır.

Heydər Əliyev Fondunun fəaliyyətinin ilk illərində uşaq evlərinin və internatların yenidən qurulması və modernləşdirilməsi, əhalinin sosial baxımdan imkansız təbəqələrinə yardım məsələləri prioritet sayılırdı. Mehriban Əliyeva düz on il ərzində qayğıdan məhrum, yetim uşaqların problemləri ilə məşğul oldu, eyni zamanda, respublikada valideyn qayğısından məhrum olan balaca vətəndaşların məişəti, sağlamlığı, psixoloji və sosial reabilitasiyası məsələlərini həll etdi.

Sonradan bu strateji məsələyə bütün respublikada köhnəlmiş orta məktəb binalarının əsaslı təmiri və yeni məktəblər tikintisi əlavə olundu. Bir müddət isə səhiyyə, ictimaiyyətin diqqətinin genetik xəstəliklərlə bağlı problemlərə cəlb edilməsi, diabet, talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək məsələləri prioritet oldu. Bununla bərabər, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən mənəvi və mədəni xarakterli məsələləri - klassik musiqi və muğam irsinin təbliği, Azərbaycan xalqının son dərəcə qiymətli maddi-mədəniyyət abidələrini xaricdə tanıtmaq, dünya elitasında Azərbaycanda baş verən proseslər, o cümlədən Dağlıq Qarabağ problemi, Ermənistanla münaqişə və sair və ilaxır barədə düzgün təsəvvür formalaşması məsələlərini nəzərdən qaçırmayıb.

Bir daha təkrar edirəm, Fondun fəaliyyətində həmişə bir neçə istiqamət olub, lakin hər bir konkret anda bu istiqamətlərdən biri diqqət mərkəzində durub və prioritet elan edilib.

Mənim bildiyimə görə, bu gün Mehriban xanım Əliyeva və onun komandası əsas diqqəti Azərbaycanın imic problemlərinin həlli üzərində cəmləşdirib. Bu da tamamilə məntiqlidir. Ölkəmiz möhkəmlənir, inkişaf edir, daha zəngin və daha nüfuzlu olur, beynəlxalq arenada getdikcə daha çox hallarda müstəqil geosiyasi və geoiqtisadi aktor kimi çıxış edir. Bu, bir tərəfdən ölkəmizə maraq doğurur, digər tərəfdən - rəqib ölkələrin anlaşılan qısqanclığına səbəb olur. Buna görə də dünya isteblişmentində respublikamız haqqında, onun zəngin mədəniyyəti və ənənələri, keçmişi və bu günü barədə düzgün təsəvvür yaradılması son dərəcə vacib və aktual məsələdir. Heydər Əliyev Fondu və onun prezidenti hazırda bu məsələni böyük uğurla həll edir.

Bu gün Azərbaycanın sözü və Azərbaycanın musiqisi dünyanın ən nüfuzlu məkanlarında səslənir. Azərbaycan mədəniyyətinin korifeylərinin yubileyləri isə həsəd doğuracaq mütəmadiliklə Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilir. Bu gün Azərbaycan muğamı və aşıq sənəti, Azərbaycan xalçalarının hazırlanması metodları və tarda ifaçılıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Dünya irsi obyektlərinin sayı İçərişəhər və Qobustan kimi açıq səma altında muzeylər hesabına artıb. Şübhəsiz, bu da UNESCO-nun xoşməramlı səfiri, ən iri beynəlxalq təşkilatlarda haqlı olaraq yüksək nüfuz qazanmış Mehriban Əliyevanın xidmətidir.

Görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenov son müsahibələrinin birində Azərbaycanın Avropada mədəni “ekspansiyası” barədə fikirlərini belə ifadə edib: “İnamla deyə bilərəm ki, on il Parisdə olduğum müddətdə bütün türkdilli ölkələr arasında məhz Azərbaycan Avropanın bu mədəni mərkəzində daha çox nəzərə çarpır. Mənim “çox irəli getmiş” parisli tanışlarımdan biri Azərbaycanı “ən sivil müsəlman ölkəsi” adlandırıb. Əminəm ki, Şərqin və Qərbin ən mürəkkəb problemləri yalnız mədəni vasitələrlə həll edilə bilər. Dövlətlər mədəniyyətə sərmayə qoymaqla həm öz ölkəsinin, həm də dünyanın gələcəyinə sərmayə qoymuş olduqlarını anladıqda yaxşıdır. Yarım il, bahardan payızın sonuna qədər - turizm mövsümünün ən gur vaxtında Luvrda müsəlman ölkələrinin incəsənəti nümayiş etdirildi. Azərbaycanın sayəsində təşkil edilmiş bu möhtəşəm sərgiyə milyonlarla avropalı tamaşa etdi. Dünyada baş verən mədəni prosesdə sizin respublikanın iştirakı ilə bağlı bu cür misallar çoxdur. Hələ Parisdə, Eyfel qülləsinin yaxınlığında, ən nüfuzlu yerdə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi! Fransada akkreditə edilmiş heç bir səfirliyin bu cür mərkəzi yoxdur”.

X X X

Heydər Əliyev Fondunun yarandığı ilk illərdə qarşısına qoyduğu bütün məsələlər bu gün artıq başqa səviyyədə - qeyri-hökumət, ictimai və dövlət təşkilatlarının köməyi ilə həll edilir: məktəb və texnikumların, ali məktəb və akademiyaların binalarının yenidən qurulması və modernləşdirilməsi üzrə dövlət proqramının həyata keçirilməsi davam edir, deinstitusionallaşma (kimsəsiz uşaqların uşaq evlərindən və internatlardan bioloji və alternativ ailələrə verilməsi) proqramının icrası başlanıb, bir sıra qeyri-hökumət təşkilatları uşaq müəssisələri üçün xeyriyyəçiliklə məşğul olur, onlara himayədarlıq edir. Yəni, Fond və onun lideri eyni vaxtda daha bir mühüm məsələni - vətəndaş təşəbbüskarlığının və ictimai fəallığın stimullaşdırılması məsələsini həll edir. Mehriban Əliyeva və onun komandasının generasiya etdiyi qabaqcıl ideyalar sonradan cəmiyyətimizin fəal hissəsinin ağlına və hissinə hakim kəsilir, nəticə etibarilə ümummilli həmrəyliyə və daha sıx birləşməyə şərait yaradır. Yeni ideyalar yaratmaq və insanları öz arxasınca aparmaq həqiqi liderə xas olan ikinci keyfiyyətdir. Məhz bu səbəbdən, həm Fond, həm də onun prezidenti bu cür parlaq şəkildə təmsil etdikləri böyük ada layiqdirlər. Məhz bu səbəbdən, birinci xanımlar, nazir qadınlar, siyasətçi qadınlar ölkəmizə gəlməyi bu qədər xoşlayırlar. Bu qadınlar gizlətmirlər ki, onların səfərlərinin əsas məqsədi Mehriban Əliyeva ilə görüşməkdir, həqiqətən ondan öyrənməli, həm şəxsi təcrübə, həm də gələcəkdə öz ölkələrində tətbiq etmək üçün əxz olunmalı məziyyətlər çoxdur.

Heydər Əliyev Fondunun prezidenti tədricən və çox incə şəkildə Azərbaycanda zərif cinsin fəal nümayəndələri üçün nümunəyə çevrilib. Bu gün Azərbaycanda qadınların siyasətçi, biznesmen, xeyriyyəçi, ictimai xadim olması ölkəmiz üçün yetərincə kütləvi və əlamətdar haldır. Bütün bu qadınlar üçün “Görəsən, kimdən nümunə götürək” dilemması yoxdur, çünki Mehriban Əliyevanın parlaq nümunəsi göz qabağındadır.

X X X

Heyrətamiz dərəcədə nəcib və gözəl sifət cizgilərinə malik olan bu incə qadının ən nüfuzlu mükafatları və adları çoxdur: UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Mükafatı laureatı, Fransanın Fəxri Legion ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni və bir sıra başqaları. Lakin mənim fikrimcə, Mehriban Əliyeva özü bütün xalqın sevimlisi adını hər şeydən qiymətli sayır. Hərçənd, Allah şahiddir ki, o, heç vaxt öz uğurlarına və nailiyyətlərinə görə qürrələnmir, onları nümayiş etdirmir. Çox danışmağı da xoşlamır. Camaat arasında hədsiz tez-tez çıxış etmir. Amma onun dediyi sözlərə qeyd-şərtsiz inanırsan. Ona görə ki, bu sözlərin hər birinin arxasında real işlər dayanır. Ona görə ki, iyirmi ilə yaxın müddətdə onun inadkarlıqla becərdiyi xeyirxahlıq və mərhəmət zəmisi bu gün bol bəhrə verir. Axı bu gün biz çox cəhətdən məhz Heydər Əliyev Fondunun prezidentinin və onun təşəbbüslərinin sayəsində keyfiyyətcə fərqli ölkədə yaşayırıq. Məncə, bu, Mehriban Əliyevanın həyatında ilk ciddi yubileyi ərəfəsində başlıca nikbin nəticədir.

Hərçənd, bunlar dayanıb dincəlmək üçün əsas vermir, çünki qarşıda yeni zirvələr, yeni hüdudlar vardır. Mehriban Əliyevaya xas olan lider keyfiyyətləri sayəsində o, çox şeyə qadirdir. Belə şəxsiyyətlərdən isə, məlum olduğu kimi, tələb də başqadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanı strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL