Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Madrid, 27 oktyabr, AZƏRTAC
Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət edib.
AZƏRTAC xəbər verir ki, Meksikanın xarici işlər naziri Marselo Ebrard ölkənin bu müraciətinin uğurlu olacağına əminliyini bildirib.
Nazirin sözlərinə görə, Meksika yeganə ölkədir ki, üç dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edib.
Noyabrın 30-da Meksikanın Oyunlara ev sahibliyi etmək iddiasını təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.
Meksika 1968-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Oyunlarda 112 ölkə və 5516 idmançı yarışıb. Bu, 1886-cı ildə Afinada keçirilən müasir Oyunların başlanmasından sonra 100-dən çox xalqın nümayəndələrini bir araya gətirən ilk yarış
olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]