DÜNYA
Meksikada kilsənin damının uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb YENİLƏNİB

Bakı, 2 oktyabr, AZƏRTAC
Meksikanın şimalındakı Tamaulipas ştatının Syudad Madero bələdiyyəsində kilsənin damının uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.
Daha 10 nəfərin yaralandığı və tibbi yardım aldığı bildirilir.
04:14
Meksikanın şimalındakı Tamaulipas ştatının Syudad Madero bələdiyyəsində kilsənin damının uçması nəticəsində azı 5 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin “Sintesis” qəzeti yazıb.
Bildirilir ki, kilsədə 30-40 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisə kilsədə vəftiz mərasimi keçirilən zaman baş verib.
Zərərçəkənləri dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər gəlib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [15:27]
Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub
- 07.12.2023 [14:09]
Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir
- 07.12.2023 [13:53]
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək
- 07.12.2023 [13:04]
Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib
- 07.12.2023 [10:51]
“SpaceX” kompaniyası daha 23 internet peykini orbitə çıxarıb
- 07.12.2023 [10:46]