Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulda 20 pilot müəssisənin iştirakı planlaşdırılır
Bakı, 29 oktyabr, AZƏRTAC
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır: “Qeydiyyat “portal.edu.az” veb-səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş “mk.edu.az” bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]