Məlumat Hesablama Mərkəzində Xocalı soyqırımı şəhidlərinin xatirəsi yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Məlumat Hesablama Mərkəzində (MHM) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesablama Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən amansız cinayətlər, 613 dinc sakinin amansızcasına qətlə yetirilməsi, yüzlərlə günahsız azərbaycanlının şikəst olması və əsir götürülməsi, soyqırımı zamanı törədilmiş digər vəhşiliklər barədə məlumat verilib. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi dəhşətli və faciəli Xocalı soyqırımı, törədilən ağır qırğının nəticələri və tarixi-mədəni abidələrimizin məhv edilməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə keçirilən tədbirlər və aksiyaların təqdirəlayiq olduğu qeyd olunub.
Digər çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətini pisləyərək, bu faciənin millətin qan yaddaşında əbədi qalacağını bir daha vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]