“MƏNİM AİLƏM” RESPUBLİKA FESTİVALI KEÇİRİLMİŞDİR
Açılış mərasimində çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova Gənclər və İdman Nazirliyinin bölmə müdiri Namiq Cəfərov bildirmişlər ki, festivaldan məqsəd gənc ailələrin sosial problemlərinin həllində dövlətin və ictimaiyyətin rolunu artırmaq, Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərini, adət-ənənələrini təbliğ etməkdir.
Festival çərçivəsində kulinariya müsabiqəsi, intellektual bilik, “Biz mehriban ailəyik” əyləncəli-musiqi yarışları keçirilmiş, “Sağlam ailə cəmiyyətin təməlidir” fotosərgisi təşkil edilmişdir. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.