Məntiq Olimpiadasında 21 nəfər paytaxt məktəblisi qalib olub
Bakı, 20 dekabr, AZƏRTAC
2022-ci ildə Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 nəfər paytaxt məktəblisi qalib olub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb.
V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və məktəblilərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.