MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ
Əlahəzrət,
Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Mərakeş arasındakı ənənəvi dostluq münasibətlərinin bugünkü real təzahüründən məmnunluq duyuram. Əminəm ki, xalqlarımızın iradəsini ifadə edərək həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]