Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏRDƏKANDAKI PİR HƏSƏN ZİYARƏTGAHI YENİ GÖRKƏM ALMIŞDIR

Dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Bakının Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında olmuşlar.

Ziyarətgah XVI əsrə aiddir. Burada Pir Həsənin və yeddinci imam Museyi Kazımın qızı Xədicə xanımın qəbirlərinin olduğu bildirilir. Axund hacı Mirzə Əbu Turab Axundzadənin türbəsi, Hacı Zeynalabdin Tağıyevin və qızı Sara xanımın məzarları da buradadır. Bu ziyarətgah el arasında qorxu və nəzər piri kimi də tanınır.

Ziyarətgaha toplaşmış sakinlər, din xadimləri Prezidenti və xanımını böyük hörmət və ehtiramla qarşıladılar.

Prezident İLHAM ƏLİYEV onlarla hal-əhval tutaraq dedi:

- Sizi bayramlar münasibətilə təbrik edirəm. Bura da çox gözəlləşib, abadlaşıbdır. Abadlıq işləri yüksək zövqlə aparılıbdır. Əlbəttə, bu işləri görmək bizim borcumuzdur. İndi Təzəpir məscidində böyük tikinti işləri gedir. Həm Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yeni inzibati binası tikilir, həm də məscidin özü təmir olunur. Bibiheybət məscidində, Əjdərbəy məscidində də yenidənqurma, təmir işləri gedir. İndi bizim imkanmız var, gərək bunu edək.

2000-ci ildə buraya birinci dəfə gəlmişdim. O vaxt burada bəzi işləri gördük. Amma sonra baxdıq ki, daha böyük işlər görülməlidir. İndi ziyarətgah görkəmini tam dəyişibdir. İnsanların rahatlığı üçün hər yer gözəl, yüksək səviyyədə olmalıdır. Eyni zamanda, gərək xarici görkəm də gözəl, həm bizim milli ənənələrə uyğun şəkildə, həm də müasir tələblərə cavab verən səviyyədə olsun.

Ziyarətgahın rəhbəri kərbalayı LƏTİF dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin, ömrünüzü uzun etsin. Ulu öndərimiz demişdir ki, ziyarətgahlarımızın, məscidlərimizin hamısını abadlaşdırmaq lazımdır. O yükü Siz üzərinizə götürdünüz. Ulu Tanrı Sizin köməyiniz olsun. Biz Sizinlə fəxr edirik. Allaha şükür edirik ki, bizim belə Prezidentimiz var. İndi bura Ciddə şəhərinə oxşayır. Bu, insanların qəlbində, bəlkə də, min illərlə yaddaqalan xeyirxah işdir. Bu da Sizin adınızla bağlıdır ki, hörmətli Prezidentimiz 2006-cı ildə buranı ziyarət etmiş, bu dini ocağı orta və yeni nəslə bəxş etdi.

Cənab Prezident, ulu öndərimiz bir söz də demişdir: “Keçmişi qoru, gələcəyi qur”. Siz əməli işinizlə keçmişi qorudunuz, gələcəyi də YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva burada qurdu. Allah sizlərə cansağlığı versin.

X X X

Sonra Prezident İlham Əliyev yeddinci imam Museyi Kazımın qızı Xədicə xanımın qəbrinə, axund Turabın türbəsinə, Hacı Zeynalabdin Tağıyevin büstünə, onun və qızı Sara xanımın məzarlarına baş çəkdi, qurbangaha və dəstənamazxanalara baxdı. Dövlətimizin başçısına məlumat verildi ki, axund hacı Mirzə Əbu Turab Axundzadə 1815-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1880-ci ildə vəfat etmiş və burada dəfn olunmuşdur. Öz dövrünün mütərəqqi və maarifpərvər şəxsiyyətlərindən sayılan Mirzə Əbu Turab fəlsəfəyə və din tarixinə dair bir çox kitabların müəllifi kimi, ilahiyyat elminin görkəmli nümayəndələrindən sayılırdı. Onun təşəbbüsü və xeyir-duası ilə Bakı şəhərində və onun ətrafında bir çox maarif ocaqları açılmış, doğma Əmircan kəndində açdığı ilk rus-tatar məktəbində isə axundun özü müxtəlif elmləri tədris etmişdir. Əbu Turab Axundzadənin qəbrinin üstündəki türbəni onun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Bakı milyonçusu, xeyriyyəçi Murtuza Muxtarov tikdirmişdir. 1924-cü ildə vəfat etmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz vəsiyyətinə əsasən axund Mirzə Əbu Turabın qəbrinin ayaq tərəfində dəfn olunmuşdur. Yeddinci imam Museyi Kazımın digər qızları - Rəhimə xanım Nardaran pirində, Leyla xanım Bilgəh kəndində, Hökumə xanım isə Bibiheybət məscidində dəfn edilmişlər. Bütün bunlar Azərbaycan torpağının müqəddəsliyini və tarixini göstərir.

Xüsusi vurğulandı ki, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə edilən türbədə və ətraf ərazidə 2000-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin təşəbbüsü ilə abadlıq, bərpa işləri görülmüşdür.

Dövlətimizin başçısı ziyarətgaha gələn kişi və qadınların ayrıca namaz qılmaları, dua etmələri üçün tikilən məscidi ziyarət etdi, bunun əsl Şərq üslubunda inşa edildiyini bildirdi və xatirə kitabına ürək sözlərini yazdı:

“Pir Həsən ziyarətgahının Azərbaycan tarixində çox böyük yeri vardır. Burada aparılan təmir-bərpa işləri, məscidin tikilməsi, abadlıq işlərinin aparılması bütün İslam dininə sadiqliyimizi və böyük hörmətimizi bir daha göstərir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, əvvəllər ailələrdə qeyd olunan bayramlar dövlət bayramları kimi qeyd edilir. Biz öz milli dəyərlərimizi, ənənələrimizi, bayramlarımızı hər şeydən uca tutmalıyıq.

Bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

30.12.2006-cı il”.

X X X

Kərbalayı Lətif Prezident İlham Əliyevə yadigar olaraq Qurani-Kərim və təsbeh hədiyyə etdi, onunla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti sonra Pir Həsənin qəbrini dolanaraq Qurani-Kərimin altından keçdi, ölkəmizin firavan və xoşbəxt gələcəyi naminə xanımı ilə birlikdə qutuya nəzir saldı, ziyarətgahın ərazisini gəzdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH