Merilin Monronun paltarı hərracda 325 min dollara satılıb
Bakı, 30 mart, AZƏRTAC
Hollivud ikonası sayılan Merilin Monronun (1926-1962) və “Playboy” jurnalının banisi Hyu Hefnerin (1926-2017) əşyaları Los-Ancelesdə hərraca çıxarılıb.
AZƏRTAC xəbər verir ki, italiyalı modelyer Emilio Puççinin Merilin Monro üçün hazırladığı çəhrayı ipək paltar cümə axşamı günü keçirilən hərracda 325 min dollara satılıb. Hərracın təşkilatçısı “Julien’s Auctions” satış evinin məlumatına görə bu, ilkin qiymətdən təxminən səkkiz dəfə bahadır.
Hyu Hefnerin qarderobunda olan qara ipək pijama, başmaq və tünd qırmızı pencək isə 36 min dollara alıcısını tapıb. Bu isə ehtimal edilən qiymətdən demək olar ki, 17 dəfə çoxdur. Eyni zamanda, üz qabığında Merilin Monronun şəkli olan “Playboy” jurnalının 1953-cü il nüsxəsi hərracda 6 min 500 dollara satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]