Mərkəzi Bank: Son 5 ildə Azərbaycan sığorta bazarı böyüyüb
Bakı, 28 oktyabr, AZƏRTAC
Son 5 ildə Azərbaycan sığorta bazarı orta hesabla 10 faiz böyüyüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu artım göstəriciləri həyat və qeyri-həyat sığorta şirkətləri üzrə fərqli templərlə müşahidə olunub: “Xüsusilə son illərdə həyat sığorta şirkətlərinin aktivlərində daha yüksək artım tempi qeydə alınıb. Hazırda sığorta bazarında yığımların əsas hissəsi həyatın yaşam sığortası (investisiyayönümlü məhsul), avtonəqliyyat vasitələrinin icbari sığortası və icbari tibbi sığorta məhsulları üzrə formalaşır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]