Mərkəzi Bank “Visa” ilə rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılmasını dəyərləndirib
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə yeni təyin olunmuş baş vitse-prezidenti və ölkə meneceri Sergiy Martinçuk ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkədə rəqəmsal ödəniş infrastrukturunun daha da genişləndirilməsi, ödənişlərin qəbulu ilə bağlı xərclərin optimallaşdırılması, sektorda dələduzluqla mübarizə və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin rəqəmsal ödənişlərin təhlükəsizliyinin və səmərəliliyinin daha da artırılması istiqamətində perspektivdə olan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]