Mərkəzi Hərbi Poliklinikada elmi konfrans keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Tibb Baş İdarəsində “Qrip və kəskin respirator xəstəliklərin müalicə və profilaktikası” mövzusunda Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi ilə birgə elmi konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Tibb Baş İdarəsinin, Mərkəzi Hərbi Poliklinikanın, Sanitar-Epidemioloji Nəzarət Mərkəzinin nümayəndələri, hərbi tibb fakültəsinin professor-müəllim heyəti, Bakı qarnizonunun hərbi həkimləri, rezidentlər iştirak ediblər.
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev konfransı giriş sözü ilə açaraq ölkəmizdə hərbi səhiyyənin uğurlarından və bu sahənin inkişaf etdirilməsi üçün dövlətimiz və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Sonra tibb xidməti polkovniki Fərhad Meybəliyev, tibb xidməti polkovnik-leytenantı Azad Məmmədov, tibb xidməti mayoru Surxay Məmmədov qrip və kəskin respirator xəstəliklərin müalicə və profilaktikası mövzularında məruzələrlə çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislər fikirlərini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]