MƏRKƏZİ KLİNİK XƏSTƏXANANIN KOLLEKTİVİ GÖRÜLƏN TƏDBİRLƏRİ DƏSTƏKLƏYİR
“Son vaxtlar ölkəmizin ictimai-siyasi həyatında baş verən mənfi hadisələr, o cümlədən səhiyyə sistemində aşkara çıxarılan ciddi nöqsanlar Mərkəzi klinik xəstəxananın kollektivini də son dərəcə hiddətləndirmişdir. Biz ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçiliyimizin qorunması sahəsində atdığı qətiyyətli addımları yekdilliklə dəstəkləyir və təqdir edirik.
Kollektivimiz əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin yüksək şəxsi keyfiyyətlərinə, intellektinə, tükənməz işgüzarlıq və təşkilatçılıq qabiliyyətinə söykənən fəaliyyəti Azərbaycan xalqına bundan sonra da yalnız uğurlar gətirəcəkdir. Xəstəxanamızın kollektivi Prezidentimizin bu yöndəki fəaliyyətini hər zaman dəstəkləyəcəkdir”.