MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI ASTARADA TƏLİM MƏŞĞƏLƏSİ KEÇİRMİŞDİR
Məşğələdə MSK-nın təşkilat şöbəsinin böyük məsləhətçisi Elnur Atayev, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Rüfət Yaqubov “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamının icrası ilə əlaqədar məntəqə seçki komissiyalarının hüquq və vəzifələri, seçkilərdə müşahidəçilərin və kütləvi informasiya vasitələrinin rolu haqında danışmış, yekun protokolların doldurulması qaydalarını izah etmişlər.
77 nömrəli Astara dairə seçki komissiyasının sədri Rasim Əliyev və məntəqə seçki komissiyalarının üzvləri çıxış edərək sərəncamın icrası ilə əlaqədar görülən işlərdən danışmış, deputatlığa namizədlərin təbliğat və təşviqat işinin təşkili barədə iştirakçılara məlumat vermişlər.
Dinləyicilərin suallarına cavab verilmişdir.