MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə komissiyanın katibi Vidadi Mahmudov “6 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilən seçkilərdə seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Həmin sənəd komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq edilmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur.
MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]