MƏŞHUR GÜRCÜ ÇARININ ABİDƏSİ TBİLİSİNİN RESPUBLİKA MEYDANINDAN GÖTÜRÜLƏCƏK
Bu qərar şəhər ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdır. Çoxları bunu ulu əcdadlarının xatirəsinə hörmətsizlik sayır və həmin məsələ ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirilməsini tələb edirlər. “İrəli, Gürcüstan!” hərəkatının liderləri bələdiyyə idarəsinin düzgün qərar çıxarmadığını, Qurucu Davidin abidəsinin toxunulmazlığı üçün Respublika meydanında etiraz aksiyaları keçirəcəklərini bildirmişlər.
Abidənin müəllifi, məşhur gürcü heykəltəraşı Merab Berdzenişvili də bu köçürmənin əleyhinədir.