Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanlarına start verilib
Bakı, 27 iyul, AZƏRTAC
Bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanlarına start verilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlar avqustun 7-dək davam edəcək. İmtahanlar əsasən Bakıda, avqustun 7-də isə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində keçiriləcək.
Məşqçilik ixtisasına qəbul olmaq istəyən abituriyentlər 20 idman növü üzrə qabiliyyət imtahanı verirlər.
Abituriyentlərə imtahan zamanı idman hərəkətləri, normativlər və təhlükəsizlik qaydaları izah olunur. Müvafiq idman növləri üzrə normativlərin icrası üçün abituriyentlər zəruri avadanlıq və tərəf müqabili ilə təmin olunurlar.
Naxçıvan Muxtar Respublikasında yaşayan və Bakıda ixtisas imtahanı verəcək 20 nəfər abituriyent üçün təyyarə biletləri Gənclər və İdman Nazirliyi tərəfindən təmin edilib.
İmtahan normativləri ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında və DİM-in yutub kanalında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]