Messi böyrəyindən əməliyyat olunacaq
Bakı, 9 fevral, AZƏRTAC
Argentina millisi və “Barselona” futbol klubunun forvardı Lionel Messi əməliyyat olacaq.
AZƏRTAC “Sport.es” idman saytına istinadla xəbər verir ki, argentinalı ulduz yenidən böyrəyində ağrılar hiss edib. Dekabrda böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında “Quanqjou Everqrand”la görüşü buraxan 29 yaşlı futbolçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak etməyib.
Messi bu gün əməliyyat olunacaq. Sabah evə buraxılacaq beşqat “Qızıl top”un sahibi fevralın 11-dən məşqlərə başlayacaq. Hücumçu sabah oynanılacaq İspaniya kral kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə cavab qarşılaşmasını da kənardan izləməli olacaq. Onun fevralın 14-də keçiriləcək “La Liqa”nın növbəti turunda “Selta” ilə oyunda meydana çıxacağı da sual altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]