METAL PULLAR QANUNİ ÖDƏNİŞ VASİTƏSİDİR
Milli Bankın idarə heyəti sədrinin müavini Alim Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, metal pulların - qəpiklərin tarixlərin göstərilməməsi səbəbindən guya dövriyyədən çıxarılması, yaxud onların bəzi ticarət və iaşə obyektlərində qəbul olunmaması barədə bir sıra mətbuat orqanlarında yayılan məlumatların, şayiələrin heç bir əsası yoxdur.
Milli Bank ictimaiyyətin diqqətinə çatdırır ki, yeni qəpiklər hələ 15-20 il qanuni dövriyyədə olacaqdır. Metal pullarda tarixin gostərilməsi əvvəlcədən nəzərdə tutulmamış və bu, bir növ dizayn məsələsidir. Yəni, burada heç bir səhvdən, yanlışlıqdan söhbət gedə bilməz. Qəpiklər kağız pullarla yanaşı qanuni ödəniş, tədavül vasitəsi kimi dövriyyədə qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]