Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Metatesk”in hədəfi Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaqdır - MÜSAHİBƏ

“Metatesk”in hədəfi Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaqdır - MÜSAHİBƏ

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın startap və innovasiya ekosistemində təhsil texnologiyalarına yönəlmiş layihələr son illərdə daha çox diqqət cəlb edir. Bu sahədə fərqlənən təşəbbüslərdən biri də virtual reallıq və oyun şəklində öyrənmə texnologiyalarını birləşdirən “Metatesk” MMC-dir. Şirkət ənənəvi təhsil modelini daha interaktiv və təcrübəyə əsaslanan mühitə çevirməyi hədəfləyir və uşaqlarla yeniyetmələr üçün dərsi sadəcə dinləməklə deyil, həm də yaşayaraq və hiss edərək öyrənməsi (“immersiv”) imkanları yaradır. İnnovativ yanaşmasına görə layihə rəsmi olaraq startap şəhadətnaməsi də əldə edib. “Metaverse”, süni intellekt və oyun texnologiyalarını təhsilə inteqrasiya edən platforma artıq beynəlxalq səviyyədə də diqqət çəkir.

“Metatesk” MMC-nin təsisçisi və direktoru Günay İmanzadə layihənin məqsədləri, texnoloji həlləri və gələcək planları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Günay xanım, “Metatesk” MMC virtual reallıq və oyunlaşdırılmış öyrənmə texnologiyaları ilə təhsili transformasiya edir. Bizim oxucularımız üçün izah edə bilərsinizmi — “Metatesk”in fəaliyyəti hansı sahəyə aiddir və platforma uşaqlar və yeniyetmələr üçün hansı unikal imkanlar yaradır?

- “Metatesk” təhsil texnologiyaları, yəni “EdTech” sahəsində fəaliyyət göstərən, virtual reallıq (VR), artırılmış reallıq (AR) və oyun şəklində öyrənmə mexanizmlərini birləşdirən innovativ təhsil həllidir. Bizim məqsədimiz texnologiyanı sadəcə əlavə vasitə kimi deyil, öyrənmə modelinin struktur elementi kimi tətbiq etməkdir. Ənənəvi təhsil uzun müddət yalnız informasiya ötürülməsi üzərində qurulub. Halbuki müasir nəsil üçün anlayışın dərinləşdirilməsi və tətbiq bacarığının formalaşdırılması daha vacibdir. Platformada şagird mövzunu kənardan izləyən deyil, onun daxilində iştirak edən tərəf olur: qərar verir, müşahidə edir, nəticəni analiz edir və səhvlərdən öyrənir. Məsələn, kosmos, təbiət hadisələri və ya elmi proseslər abstrakt izah kimi deyil, dinləməklə deyil, həm də yaşayaraq və hiss edərək öyrənəcəyi mühitdə real təcrübə kimi təqdim olunur. Bu isə təkcə yadda saxlamanı deyil, səbəb-nəticə əlaqəsini və məntiqi düşüncəni gücləndirir. Platformada şagirdin irəliləyişi, qərar ardıcıllığı və anlayış səviyyəsi analiz olunur. Bizim üçün transformasiya “vizual effekt” yaratmaq deyil, öyrənmə nəticəsini keyfiyyətcə daha da yaxşılaşdırmaqdır. “Metatesk” uşaqlar və yeniyetmələr üçün yalnız maraqlı mühit deyil, həm də gələcəyin bacarıqlarını: tənqidi düşüncə, problem həlletmə və adaptasiya qabiliyyətini inkişaf etdirən sistemli platformadır.

- “Metatesk” MMC “metaverse” və Virtual Reallıq texnologiyalarını təhsil sahəsinə tətbiq edərkən həm yerli, həm də qlobal bazar üçün strateji üstünlükləri necə formalaşdırır? Sizcə, “metaverse” təhsili gələcəkdə ənənəvi təhsil sistemlərini əvəz edə bilərmi?

- “Metaverse” və Virtual Reallıq texnologiyalarını təhsilə tətbiq edərkən bizim əsas prinsipimiz texnologiyanı trend kimi deyil, strateji infrastruktur kimi görməkdir. Biz hər bazara eyni məhsulla daxil olmuruq. Yerli bazarda prioritetimiz kurikulum uyğunluğu, lokal standartlar ilə inteqrasiya və müəllimlər üçün praktik tətbiq imkanlarıdır. Qlobal bazarda isə yanaşmamız modul əsaslı, adaptiv və miqyaslana bilən platforma arxitekturasıdır. Bu model bizə müxtəlif ölkələrin təhsil çərçivələrinə çevik şəkildə uyğunlaşmaq imkanı verir. Düşünürük ki, “metaverse” texnologiyaları təhsilin gələcəyində mühüm rol oynayacaq, çünki burada abstrakt bilikləri təcrübəyə çevirməklə yanaşı, sosial interaksiya da qurmaq mümkündür. Ənənəvi sistemdə şagird məlumatı qəbul edir; həm yaşayaraq, həm də hiss edərək öyrənəcəyi mühitdə isə onu yaşayır, qərar verir və nəticəni görür. Bu, xüsusilə elmi və texniki fənlərdə anlayışın dərinləşməsini təmin edir. Eyni zamanda, “metaverse” coğrafi və resurs fərqlərini azalda bilər, belə ki, laboratoriya və ya xüsusi avadanlıq tələb edən mövzular virtual mühitdə daha əlçatan olur. Lakin biz “metaverse” virtual reallıq texnologiyalarının ənənəvi təhsil sistemini tam əvəz edəcəyini düşünmürük. Təhsil yalnız akademik proses deyil, o, sosiallaşma, komanda işi, dəyərlər və liderlik bacarıqlarının formalaşdığı mühitdir. Texnologiya insan faktorunu əvəz etməməlidir, onu gücləndirməlidir. Gələcəyin modeli qarşıdurma deyil, inteqrasiyadır. Elə strateji yanaşma da məhz budur: Ənənəvi təhsil sisteminin güclü tərəfləri ilə “immersiv” və süni intellekt əsaslı imkanların balanslı birləşməsi daha effektiv nəticə verəcək.

- “Metatesk”in fəaliyyətində texnoloji yeniliklərlə sosial məsuliyyəti necə balanslaşdırırsınız, xüsusən uşaqların təhlükəsizliyi və məlumatların qorunması sahəsində?

- Son dövrlərdə süni intellekt təhsil texnologiyalarında əsas transformasiyaedici faktor kimi çıxış edir və biz də “Metatesk”də AI əsaslı alətlərin tətbiqinə başlamışıq. Lakin uşaqlarla işləyən platforma olaraq burada məsuliyyətli yanaşma xüsusi əhəmiyyət daşıyır. Biz açıq və nəzarətsiz generativ modellərdən istifadə etmirik. Əvəzində, nəzarət olunan və məqsədyönlü AI arxitekturası qurmuşuq. Yəni süni intellekt yalnız pedaqoji çərçivədə, əvvəlcədən strukturlaşdırılmış və nəzarət olunan məlumat bazası daxilində fəaliyyət göstərir. Sistem məqsəddənkənar, nəzarətsiz cavablar yaratmamaq üçün məhdudlaşdırılmış çərçivədə işləyir; o kurikulum və yaş uyğunluğu filtrindən keçmiş məlumatlar əsasında işləyir. Bu yanaşma iki əsas üstünlük yaradır. Birincisi, uşaqlar üçün təhlükəsiz və uyğun mühit təmin olunur. İkincisi isə süni intellektin pedaqoji məqsədi qorunur, yəni AI diqqəti yayındıran və ya qeyri-dəqiq məzmun yaratmır, əksinə, şagirdin öyrənmə tempinə uyğunlaşaraq izahı fərdiləşdirir.

Məlumatların qorunması baxımından isə AI sistemimiz məlumatların minimallaşdırılması prinsipi əsasında işləyir və bütün analizlər strukturlaşdırılmış və nəzarətli mühitdə həyata keçirilir. Bizim üçün süni intellekt texnoloji effekt yaratmaq vasitəsi deyil; o, adaptiv və ölçülə bilən öyrənmə modeli qurmaq üçün alətdir. Biz hesab edirik ki, təhsildə AI tətbiqi yalnız o halda doğru istiqamətdə inkişaf edə bilər ki, təhlükəsizlik, etik çərçivə və nəzarət mexanizmləri texnologiyanın özündən daha güclü olsun.

- “Metaverse” təhsili sahəsində rəqabət getdikcə güclənir. “Metatesk”in bu rəqabətə davamlı olması üçün hansı innovativ yanaşmaları və unikal biznes modellərini tətbiq edirsiniz?

- “Metaverse” təhsili sahəsində rəqabət artdıqca aydın görünür ki, bazarda uzunmüddətli qalmaq üçün təkcə texnoloji effekt kifayət deyil. Bizim strategiyamız vizual cəlbediciliklə deyil, real və ölçülə bilən təhsil nəticəsi ilə fərqlənməkdir. Texnologiya yalnız vasitədir; əsas məqsəd öyrənmə prosesinin keyfiyyətini artırmaqdır. “Metatesk”də “immersiv” mühit, oyun texnologiyaları və süni intellekt kimi alətlər vahid sistem çərçivəsində inkişaf etdirilir. Məqsədimiz platformanı sadəcə kontent təqdim edən mühit kimi deyil, öyrənmə prosesini daha interaktiv və fərdiləşdirilmiş edən ekosistem kimi formalaşdırmaqdır.

Texnoloji baxımdan platforma çevik və miqyaslana bilən şəkildə qurulub ki, müxtəlif kurikulumlara və bazarlara uyğunlaşdırmaq mümkün olsun. Bu, beynəlxalq genişlənmə üçün vacib amildir. Biznes modeli baxımından isə uzunmüddətli və institusional əməkdaşlıqlara üstünlük veririk. Məktəblər, universitetlər və digər təhsil qurumları ilə tərəfdaşlıq modeli üzərində işləyirik. Eyni zamanda, beynəlxalq bazarlarda lokal tərəfdaşlıqlar qurmaq strategiyası tətbiq olunur ki, məhsul hər bazarın təhsil mühitinə uyğun inkişaf etsin. Mən hesab edirəm ki, “metaverse” texnologiyaları ilə bağlı təhsil həllərində davamlılıq texnoloji effektlə deyil, yaradılan real dəyərlə ölçüləcək. Əgər platforma təhsil sisteminə uyğunlaşır, etibarlı infrastruktur təqdim edir və şagirdlərin inkişafına real töhfə verirsə, o zaman rəqabət mühitində dayanıqlı mövqe qazanmaq mümkündür. “Metatesk”in yanaşması da məhz uzunmüddətli, dayanıqlı və sistemli inkişaf üzərində qurulub.

- AI, oyun texnologiyaları və virtual reallıq kimi sahələrdə gələcək trendləri nəzərə alaraq, “Metatesk”in növbəti 3–5 il üçün strateji inkişaf planı nədir?

- Növbəti illər ərzində əsas strateji məqsədimiz “Metatesk”i daha geniş beynəlxalq texnologiya və təhsil ekosisteminin bir hissəsinə çevirməkdir. Bu mərhələdə diqqətimiz yalnız məhsul inkişafına deyil, eyni zamanda, platformanın miqyaslana bilən və uzunmüddətli dayanıqlı model kimi formalaşmasına yönəlir. Gələcək illərdə “immersiv” texnologiyaların və oyun əsaslı öyrənmə yanaşmalarının təhsil sahəsində daha geniş tətbiq olunacağı gözlənilir. Biz də bu istiqamətdə platformanın imkanlarını genişləndirərək müxtəlif istifadə ssenariləri üzərində işləyirik. Bu yanaşma yalnız məktəb səviyyəsi ilə məhdudlaşmır; universitetlər, peşə hazırlığı proqramları və müxtəlif səviyyəli təlim formatları üçün də tətbiq imkanlarının daha da inkişaf etdirilməsi planlaşdırılır. Məqsəd öyrənmə mühitini daha interaktiv, praktik və müxtəlif auditoriyalar üçün əlçatan etməkdir. Strateji planlarımızın digər mühüm istiqaməti isə beynəlxalq miqyaslanmanın genişləndirilməsidir. Müxtəlif regionlarda tərəfdaşlıq və əməkdaşlıq imkanlarını araşdıraraq platformanın fərqli bazarlarda tətbiq potensialını artırmaq üzərində işləyirik. Ümumilikdə yanaşmamız qısamüddətli texnologiya trendlərini izləməkdən daha çox, uzunmüddətli və dayanıqlı inkişaf modelinin qurulmasına yönəlib. Strateji məqsədimiz “Metatesk”i rəqəmsal dünyada bilik və bacarıqların əldə olunması üçün əsas platformalardan birinə çevirmək və onu qlobal təhsil ekosisteminin aparıcı iştirakçılarından biri kimi formalaşdırmaqdır.

- Uşaqlar üçün virtual təhsil məkanları yaradan bir şirkət olaraq, “Metatesk”in Azərbaycanda və regionda təhsil sisteminə təsirini necə ölçürsünüz?

- Biz “Metatesk”in təsirini təkcə istifadəçi sayı ilə deyil, platformanın öyrənmə təcrübəsinin keyfiyyəti və əldə olunan nəticələrə verdiyi real töhfə ilə qiymətləndiririk, texnologiyanı fərdi layihə kimi yox, genişmiqyaslı təhsil mühitinə inteqrasiya olunan alət kimi formalaşdırırıq. Bu baxımdan arzu və məqsədlərimizdən biri təhsil həllərimizi təkcə özəl deyil, həm də dövlət məktəblərində tətbiq etməklə daha geniş auditoriyaya çatmaqdır. Çünki real transformasiya yalnız kiçik miqyaslı təşəbbüslərlə deyil, geniş təhsil mühitində tətbiq olunduqda davamlı nəticə verir. Məktəb və universitet səviyyəsində əməkdaşlıq, pilot proqramlar və tətbiq əsaslı modullar vasitəsilə “immersiv” texnologiyaların real dərs prosesində şagirdlərin anlayış səviyyəsi, tətbiq bacarıqları və mövzunu dərin qavrama göstəricilərinə real təsirini analiz edirik. Eyni zamanda, korporativ təlim sahəsində də əməkdaşlıqlar qururuq. Çünki immersiv və adaptiv öyrənmə mühiti yalnız məktəblər üçün deyil, peşəkar inkişaf üçün də effektiv modeldir.

Bununla paralel olaraq, biz ölkəmizdə özünü innovasiya və texnologiya istiqamətində inkişaf etdirmək istəyən uşaq və gənclərə də könüllü şəkildə dəstək oluruq. Mentorluq, layihə inkişafı və beynəlxalq yarışlara hazırlıq proqramlarımızın nəticələri konkret uğurlarla özünü göstərir. “Teknofest Türkiyə”də birincilik, “Dünya Robot Olimpiadası”da ikincilik, dünya üzrə seçilmiş 25 komandadan biri kimi ABŞ-da NASA-ın “mars rover” yarışının finalında iştirak, “STEAM Azərbaycan” festivalında birincilik kimi uğurlar tələbələrimizin nailiyyətləri arasındadır. Eyni zamanda bir çox forum, sərgi, eləcə də, COP29 və “Rebuild Karabakh” kimi nüfuzlu tədbirlərdə tələbələrimiz iştirak edərək, gənc yaşlarına baxmayaraq öz texnoloji həllərini nümayiş etdiriblər. Bizim üçün təsir o zaman real sayılır ki, tələbə yalnız mövzunu öyrənmir, həm də yaradır, təqdim edir və beynəlxalq səviyyədə rəqabət aparır. “Metatesk”in ana fəlsəfəsi virtual dərs məkanı yaratmaqdan daha genişdir - biz uşaq və gənclərdə innovasiya düşüncəsini formalaşdırmağa və bu düşüncəni təhsil sisteminə inteqrasiya etməyə dəstək olmağa çalışırıq.

- “Metatesk” komandasının Türkiyədə “Teknofest” festivalında Azərbaycanı təmsil etməsi layihənizə hansı beynəlxalq imkanlar açdı və bu tədbirdə əldə etdiyiniz tərəfdaşlıqlar və investisiya imkanları şirkətin gələcək inkişafına necə təsir edir?

- “Teknofest” bizim üçün sadəcə texnologiya festivalı deyil, beynəlxalq legitimlik və strateji mövqelənmə platforması olub. Xüsusilə festivalın Azərbaycanda keçirildiyi il komandamızın birinci yerə layiq görülməsi və mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Nobel” mükafatı laureatı professor Əziz Səncər tərəfindən qəbul etməyimiz bizim üçün həm qürurverici, həm də məsuliyyətli bir mərhələ idi. Bu uğur təsadüfi deyildi, uzunmüddətli və sistemli hazırlığın nəticəsi idi. İki il sonra şagirdlərimizin də “Teknofest”də birinci yerə layiq görülməsi və mükafatlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qəbul etməsi artıq formalaşdırdığımız modelin davamlılığını göstərdi. Bu ardıcıllıq onu sübut etdi ki, biz təkcə texnoloji məhsul təqdim etmirik, eyni zamanda, innovativ düşüncəyə malik gənclər yetişdirən bir ekosistem qurmuşuq. Bununla yanaşı, biz bir neçə dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində “Teknofest”də iştirak edib, məhsullarımızı sərgi formatında təqdim etmişik. Hətta məhsullarımızı “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktara bir neçə dəfə təqdim etmək imkanımız olub və layihələrimiz onun tərəfindən də yüksək qiymətləndirilib. Bu kimi rəylər və dialoqlar bizim üçün həm motivasiya, həm də beynəlxalq texnologiya mühitində doğru istiqamətdə irəlilədiyimizin göstəricisidir.

“Teknofest” bizə üç əsas istiqamətdə beynəlxalq imkan açdı. Birincisi, yüksəksəviyyəli şəbəkələşmə mühiti: müxtəlif ölkələrdən investorlar, dövlət qurumları və texnologiya şirkətləri ilə birbaşa əlaqə qurmaq imkanı. İkincisi, reputasiya və etibar kapitalı: belə bir platformada əldə olunan nəticə sonrakı tərəfdaşlıq və investisiya danışıqlarında ciddi üstünlük yaradır. Üçüncüsü isə strateji perspektiv: qlobal innovasiya trendlərini yerində müşahidə edərək məhsul və miqyaslanma strategiyamızı daha sistemli qurmaq imkanı. Bizim üçün “Teknofest” qısamüddətli uğur deyil, uzunmüddətli mövqelənmə mərhələsi idi.

- Şirkət Çin bazarında aktivdir və rəqəmsal təhsil texnologiyalarına maraq yüksəkdir. Bu bazarda uğur qazanmaq üçün hansı strategiyaları tətbiq edirsiniz və beynəlxalq müştəri bazasının genişlənməsi “Metatesk”in biznes modelinə necə təsir edir?

- Çin bazarı həm miqyas, həm texnologiyaya açıq yanaşma, həm də rəqabət baxımından çox dinamik mühitdir. Bu bazarda uğur qazanmaq üçün əsas strategiyamız birbaşa genişlənmə deyil, lokal tərəfdaşlıq modelidir. Yerli təhsil qurumları və distribütorlarla əməkdaşlıq edərək bazara daxil oluruq. Bu yanaşma bizə həm mədəni və kurikulum uyğunlaşmasını sürətləndirməyə, həm də institusional etimad formalaşdırmağa imkan verir. Çində rəqəmsal təhsil texnologiyalarına maraq yüksək olsa da, bazar çox tələbkardır. Məhsul yalnız texniki baxımdan deyil, nəticə və tətbiq baxımından da güclü olmalıdır. Bu səbəbdən biz platformanı modul əsaslı və adaptiv arxitektura üzərində qurmuşuq ki, müxtəlif təhsil modellərinə uyğunlaşdırmaq mümkün olsun. Eyni zamanda, məlumat təhlükəsizliyi və sistem sabitliyi kimi məsələlərə xüsusi diqqət yetiririk, çünki beynəlxalq bazarda bu faktorlar həlledici rol oynayır. Hazırda əsas gəlir axınımızın Çin bazarından formalaşması göstərir ki, seçdiyimiz tərəfdaşlıq və lokal adaptasiya modeli effektivdir. Beynəlxalq müştəri bazasının genişlənməsi isə bizim biznes modelimizi daha strukturlaşdırılmış və miqyaslana bilən hala gətirir. Bu, həm məhsulun universallığını yoxlamağa, həm də texnoloji və pedaqoji standartları daha da yüksəltməyə imkan verir.

Ümumilikdə, beynəlxalq bazar bizim üçün təkcə satış istiqaməti deyil, həm də inkişaf laboratoriyasıdır. Qlobal mühitdə rəqabət aparmaq məhsulu daha güclü, daha sistemli və daha dayanıqlı şəkildə qurmağa məcbur edir. Bu proses, eyni zamanda, bizim texnoloji və pedaqoji yanaşmamızı daha da təkmilləşdirməyə imkan verir. Gənc bir texnologiya şirkəti olaraq məqsədimiz yalnız beynəlxalq bazarlarda fəaliyyət göstərmək deyil, həm də Azərbaycanın innovasiya və texnologiya potensialını qlobal səviyyədə layiqincə təmsil etməkdir. Ölkəmizdən çıxan texnologiya təşəbbüsləri dünya miqyasında rəqabət aparmaq və real dəyər yaratmaq potensialına malikdir. “Metatesk”in uzunmüddətli hədəfi də məhz budur - qlobal təhsil texnologiyaları mühitində güclü platformalardan birinə çevrilmək və eyni zamanda, Azərbaycanı innovasiya və texnologiya sahəsində beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib