MƏTBUAT NÜMAYƏNDƏLƏRİ NEFTÇALA RAYONUNDAKI XILLI NƏRƏ BALIQARTIRMA ZAVODUNDA OLMUŞLAR
Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzər həftəsi” çərçivəsində növbəti tədbir keçirilmişdir.
Diqqəti Xəzərin bioloji resurslarının mühafizəsinə yönəltmək məqsədi ilə nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonundakı Xıllı nərə balıqartırma zavodunda olmuşlar.
Burada məlumat verilmişdir ki, 7 il əvvəl istifadəyə verilmiş zavod Xəzər dənizində nərəkimilərin qorunması və bərpası sahəsində mühüm əhəmiyyət daşıyır. Müəssisədə ildə 15 milyon nərəcinsli balıq yetişdirmək mümkündür. İndiyədək burada 41milyon balıq yetişdirilmişdir. Zavodda balıqların yetişdirilməsi üçün ən müasir avadanlıq quraşdırılmışdır.
Media nümayəndələri zavodun fəaliyyəti ilə əyani surətdə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]