METROPOLİTEN İŞÇİLƏRİ SEÇKİLƏRƏ HAZIRLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
Tağı Əhmədov bir sıra vəzifə sahiblərinin çirkin əməllərinə, dövlətə və dövlətçiliyimizə qarşı cinayətlərinə xalqda böyük nifrət yarandığını diqqətə çatdıraraq ölkəmizdə sabitliyi heç bir qüvvənin poza bilməyəcəyinə inamını ifadə etmişdir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov oktyabrın 25-də keçirilən müşavirədə seçki ilə bağlı ölkə rəhbərliyinin mövqeyini, bu məsələ ilə bağlı imzalanmış Prezident Sərəncamını yüksək qiymətləndirmişdir.
Toplantıda metropolitenin 159 işçisinin Yeni Azərbaycan Partiyasına üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsi kimi dəyərləndirilmişdir.