Meyvə-tərəvəz ixracı azalıb
Bakı, 17 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında ölkədən 226,7 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 236,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 5 ayında ölkədən 241 milyon dollar dəyərində 251,6 min ton meyvə-tərəvəz ixrac edilib.