Məzahir Pənahov: MSK üzərinə düşən işi lazımi səviyyədə görür
Bakı, 4 sentyabr, AZƏRTAC
Parlament seçkilərinin nəticələrindən razıyıq. Hər hansı xırda pozuntuya görə seçkilərin nəticələrinə kölgə salmaq düzgün deyil. Bütün müşahidəçilər, media nümayəndələri seçkiləri yaxından izləyirdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 4-də keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, pozuntular aşkar olunduğu təqdirdə seçki məntəqələrinin nəticələrinin ləğvi şübhəsizdir.
M.Pənahov bildirib ki, DSK-nın qərarından sonra 3 gün müddətində Mərkəzi Seçki Komissiyasına müraciət oluna bilər.
“MSK-ya daxil olan müraciətləri araşdıracağıq”, - deyən M.Pənahov bildirib ki, MSK üzərinə düşən işi lazımi səviyyədə görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]