Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir

Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir

Bakı, 17 noyabr, AZƏRTAC

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini, vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, dövlət-biznes münasibətlərini, vergi orqanlarının yeni iş prinsiplərini, həyata keçirilən islahatları və ilkin nəticələri Azərbaycan Televiziyasına şərh edib. AZƏRTAC nazirin şərhlərini təqdim edir.

Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat təkmilləşdirildiyini söyləyib. Bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergiödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdir.

2018-ci ili vergiödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədə sürətlə gedən iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: “Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan vergi yoxlamalarının sayı üç dəfə azaldılıb”.

Nazir bildirib ki, bir çox sahələrdə vergi pozuntuları, xüsusilə uçotun düzgün şəkildə aparılmaması və yaxud ümumiyyətlə aparılmaması, qeyri-rəsmi məşğulluğun mövcudluğu, dövriyyələrin azaldılması kimi hallara rast gəlinir. Ticarət, yaxud ictimai iaşə obyektləri göstərdiyi xidmətin, satdığı malın uçotunun nəzarət-kassa aparatında əks etdirilməsini adətən zəruri saymır. Təəssüflər olsun ki, analoji hallar orta və böyük vergiödəyicilərində, hətta istehsal müəssisələrində də özünü göstərir.

Vergilər Nazirliyinin praktikası və yanaşması imkan verir ki, bir çox yayınma halları nazirliyin texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi nəticəsində əldə edilmiş məlumatların təhlili vasitəsilə, yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarılsın.

Vergi sistemində aparılan struktur islahatları barədə danışan nazir bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergiödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib. Vurğulanıb ki, vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vergiödəyicisinin və vətəndaşın fəxr və fərəh hissi ilə həyata keçirdiyi öhdəlik olmalıdır. Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən birini təşkil edir və dövlətin maliyyə ehtiyaclarının böyük hissəsi - müəllimin əməkhaqqından tutmuş yanğınsöndürənlərin məsrəflərinə, planlaşdırılmış yol tikintisinə qədər yönələn bütün vəsaitlər vergilər hesabına formalaşır. Vergilərin ödənilməsi sahəsində bütün müvafiq güzəştlər və onların tətbiq dairəsi qanunla müəyyənləşib. Qanunlardan kənar nə vergi orqanı, nə də hər hansı vergi işçisi tərəfindən əlavə güzəştlərin edilməsinə, eləcə də öhdəliklərin tam yerinə yetirilməməsi və digər neqativ hallara heç bir vəchlə yol verilə bilməz.

Biznes mühiti və biznesin aparılmasının asanlığına toxunan vergilər naziri Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın islahatçı ölkə kimi dəyərləndirilməsini çox böyük nailiyyət adlandırıb: “Bu uğur dövlətimizin başçısının rəhbərliyi altında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli şəkildə aparılan işlərin məntiqi nəticəsidir”. Nazir qeyd edib ki, bununla artıq ikinci dəfədir Azərbaycan “Doing Business” hesabatında ən islahatçı ölkə adını qazanır. Bu, ilk dəfə 2008-ci ildə baş vermişdi. Azərbaycanın 10 il sonra yenidən ən islahatçı ölkə kimi dəyərləndirilməsi onu göstərir ki, aparılan islahatlar sistemli xarakter daşıyır və proseslər bütünlüklə dövlət başçısının diqqət mərkəzindədir. Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlara toxunan nazir ölkəmizin “biznesə başlama” meyarı üzrə dünyada 9-cu, “vergilərin ödənişi” meyarı üzrə isə 28-ci yerdə qərarlaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda biznesə başlama prosesi çox sadədir, şəffafdır və qısa müddət ərzində həyata keçirilə bilən prosesdir. Bu gün istənilən vətəndaş, yaxud hüquqi şəxslər yeni biznesi “elektron imza” vasitəsilə bir neçə günə, bəzi hallarda bir neçə saata qeydiyyatdan keçirə bilirlər.

Qeyd edilib ki, Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bundan sonra da prioritet istiqamət olaraq qalacaq. Növbəti illərdə elektron xidmətlərin sayının genişləndirilməsi, bu xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, Vergilər Nazirliyinin veb-portalının funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər həyata keçirilir.

Vergilər Nazirliyinin vergiödəyicilərinə göstərdiyi xidmətlər barədə danışan Mikayıl Cabbarov bu gün biznes iştirakçılarına istiqamətlənmiş geniş çeşiddə vergi xidməti növlərinin mövcud olduğunu vurğulayıb. Respublikamızda vergiödəyicilərinin 90 faizindən çoxunun hesabat və bəyannamələrini elektron şəkildə təqdim etdiyini bildirən nazir bunu çox yüksək göstərici adlandırıb. Rəqəmsallaşmanın təkcə vergiödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda, təhlillərin və auditin aparılması, kameral yoxlamaların həyata keçirilməsi prosesində də tətbiq ediləcəyini, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə tətbiq olunacağını bildirib.

“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması, iqtisadiyyatın şəffaflaşdırılması məsələləri barədə danışan M.Cabbarov bu məsələnin bütün dünya ölkələri üçün böyük problem olduğunu və həlli yollarının axtarıldığını diqqətə çatdırıb. “İstənilən iqtisadi fəaliyyət ədalətlilik, bərabərlik və təxmin edilən vergitutma prinsipləri ilə tənzimlənməlidir. Qanunların tələblərinə əməl etməyən sahibkarlarla intizamlı vergiödəyiciləri arasında haqsız rəqabət yaranıb. Bu rəqabətdə dövlət hər zaman məhz sonuncunun yanında olacaq”, - deyə vergilər naziri bildirib.

Vurğulanıb ki, bir çox hallarda insanlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər. Məsələn, vətəndaş aksizsiz malları əldə edərkən, işçi kimi əmək müqaviləsi bağlamadan çalışarkən, alıcı kimi istənilən mağazada və yaxud iaşə obyektində kassa çekini almamaqla “kölgə iqtisadiyyatı”nın iştirakçısı olur.

Bildirilib ki, pərakəndə ticarətlə bağlı rəsmi statistik məlumatları və vergi məqsədləri üçün vergiödəyiciləri tərəfindən təqdim edilən bəyannamələri təhlil və müqayisə edərkən bu iki göstərici arasında xeyli fərqin olduğu görünür. Bununla yanaşı, iqtisadiyyatda olan yüksək nağdlaşma, nağd pulun dövriyyəsi, ümumi daxili məhsulda əməkhaqqının nisbətinin aşağı olması və bir sıra digər makromeyarlar “kölgə iqtisadiyyatı”nın miqyaslarını əyani göstərir.

Müxtəlif beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən aidiyyəti qurumlar tərəfindən “kölgə iqtisadiyyatı”nın həcminin ölçülməsinə cəhdlər göstərilir. Nəticə tətbiq edilən metodologiyalardan asılı olaraq fərqli ola bilər. Aydın olan budur ki, problemin çözülməsi üçün sistemli tədbirlər həyata keçirilməlidir. Burada bir tərəfdən qanunvericilik əsasında “kölgədən çıxış”ı təşviq edən alətlərdən istifadə edilməli, digər tərəfdən nəzarət və cəza alətləri tətbiq olunmalı, sanksiya mexanizmləri gücləndirilməlidir. Bir çox hallarda hətta dövlət tərəfindən güzəşt verilən sahələrdə də “kölgə iqtisadiyyatı”nın əlamətləri - dövriyyədən yayınma, üçüncü şəxslərə vergidən yayınmaq üçün şərait yaradılması kimi xoşagəlməz hallara rast gəlinir.

Nazir belə hallara qarşı sistemli mübarizə aparıldığını bildirərək deyib: “Vergilər Nazirliyi tərəfindən 2018-ci ildə müəyyən istehsal sahələrində, məsələn, insan sağlamlığına mənfi təsir edən tütün məmulatları və alkoqollu içkilər sahəsində ciddi tədbirlər həyata keçirilib. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faiz təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5 faiz ətrafındadır. Bu, bir çox aparıcı Avropa dövlətləri, həmçinin Rusiya və Qazaxıstanla müqayisədə çox aşağı göstəricidir. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsullar “kölgə iqtisadiyyatı”nda dövr edir, dövlətə çatan vergilər, aksiz ödənişləri həyata keçirilmirdi. Bundan itirənlər isə dövlət büdcəsi və fəaliyyətini qanunlar çərçivəsində qurmaq istəyən ödəyicilər olurlar. Yaxud aparılan araşdırmalar zamanı alkoqollu içkilər istehsalının həcminin kəskin şəkildə azaldıldığı, real istehsal dövriyyələrinin göstərilmədiyi müəyyən edilmişdi. Bu fərq çox böyük idi. Nəticədə bu ilin ikinci yarısından vergi orqanları tərəfindən həmin müəssisələrdə daimi aksiz nəzarət postları quraşdırıldı. Bu postların fəaliyyəti göstərdi ki, alkoqollu içki istehsalının həcmi 3,5 dəfə azaldılırdı. Burada bir neçə məsələ var idi: aksizin alınmaması hesabına dövlətin vergisinin ödənilməməsi, qanunsuz malların ticarət obyektlərində satılması nəticəsində cinayətkar şəbəkələrin yaranması və s. Bu prosesin hər həlqəsində istehsalçının öz məsuliyyəti, satıcının öz vergi məsuliyyəti var idi. Görülən tədbirlərlə bütün bunların qarşısı alındı”.

Vergilər naziri bildirib ki, 2018-ci il keçid ili olduğuna görə bu kimi hallara dövlət tərəfindən kifayət qədər humanizm nümayiş etdirilib. Cəzaların əksəriyyəti baş verən pozuntuların aradan qaldırılması və maliyyə sanksiyalarının ödənilməsi ilə məhdudlaşıb. Xarakter etibarilə kütləvi təşkil edilmiş və ciddi cinayət əlaməti olan hallar istisna olmaqla, qalan bütün hallarda müvafiq səlahiyyətlər çərçivəsində güzəştli addımlar atılıb.

M.Cabbarov qeyd edib ki, yeni vergi mədəniyyətindən, “kölgədən çıxış”dan danışarkən, heç kim bu yolun birtərəfli olduğunu düşünməməlidir: “Dövlətin hər zaman güzəştə gedəcəyini düşünmək düzgün deyil. Dövlət vəziyyətin sabitləşməsi və sivilləşməsi istiqamətində daim öz işini görməlidir. Vergi inzibatçısı vergi ödənişini təmin etməli, dövlət orqanları fəaliyyətini dövlətin mənafeyinə uyğun qurmalı, vergiödəyicisi də fəaliyyətini qanunlar çərçivəsində aparmalı və haqqını tələb etməlidir”.

Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinin vacibliyinə də toxunan nazir qeyd edib ki, əsas məqsəd nağdsız hesablaşmalar sistemini gücləndirməkdir. Ölkə Prezidentinin rəqəmsal ticarətin coğrafiyasının genişləndirilməsi ilə bağlı çox önəmli bir sənəd imzaladığını bildirən M.Cabbarov bunun “kölgə iqtisadiyyatı” ilə mübarizəyə hesablanmış əhəmiyyətli addım olduğunu vurğulayıb. Nağdsız ödənişlərin stimullaşdırılması üçün dövlət tərəfindən təşviqin verilməsi barədə danışan nazir vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı verilmiş təkliflər arasında belə bir mexanizmin olduğunu vurğulayıb. Belə ki, pərakəndə ticarət sahəsində nağdsız ödənişlər edən vətəndaşlar üçün vergi güzəştləri nəzərdə tutulur.

Məlumat verilib ki, 2019-cu ildən başlayaraq onlayn nəzarət kassa aparatları tətbiq ediləcək. Bu yenilik nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin həmin anda onlayn sistemdə əks etdirilməsi və yüklənməsi aparılacaq ki, bu da nəticə etibarilə hər hansı pozuntuların, dövriyyələrin gizlədilməsi kimi halları mümkünsüz edəcək. Bu, həm də vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənişinin təmin edilməsinə yönəlmiş bir addımdır.

Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər barədə danışan M.Cabbarov ən əhəmiyyətli yenilik kimi qeyri-neft və özəl sektorda çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin azaldılmasını qeyd edib: “Təqdim olunan layihədə bir neçə əsas dəyişiklik nəzərdə tutulur. Onlardan biri vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün gəlir vergisi üzrə 100 faizlik güzəşt, 8000-dən yuxarı olan məbləğdə fiziki şəxslərin gəlir vergisinin 14 faiz həcmində müəyyənləşdirilməsi təklif edilir. Dövlət bu məsələdə çox böyük güzəştə gedir. Faktiki olaraq, qeyri-neft sektorunun inkişafı və ona dəstək üçün ötən illər ərzində edilən güzəştlərə əlavə olaraq belə bir vacib addımın da atılması nəzərdə tutulur”.

Vergilər naziri vurğulayıb ki, əməkhaqqı ilə bağlı olan iki ödəniş növü var: bunlar fiziki şəxslərin gəlir vergisi və sosial sığorta ödənişləridir. Bu ödənişlərin vahid inzibatçılığının həyata keçirilməsi təklif edilir. Bu da öz növbəsində işəgötürənlər üçün həmin prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət bu islahata getməklə öz gəlirlərinin müəyyən hissəsini itirir. Lakin bu islahatın həyata keçirilməsi ilə “kölgə iqtisadiyyatı”nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsi gözlənilir: “Bu, çox əhəmiyyətli, köklü bir dəyişiklikdir və faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edəcək. İqtisadi cəlbediciliyini təmin etmək məqsədilə bu güzəştin uzunmüddətli tətbiq edilməsi nəzərdə tutulur. Hazırda verilmiş təkliflərə görə, güzəştin 7 il müddətinə tətbiqi planlaşdırılır. Əslində bu, dövlət başçısı tərəfindən bu sahədə çalışan vətəndaşlara və iş adamlarına çox böyük güzəştdir. Belə bir ciddi güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir. Məhz buna görə də inanırıq ki, Azərbaycan sahibkarları və vətəndaşları bu güzəşti düzgün qiymətləndirərək, dövlətin təklifinə adekvat olaraq vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əməkhaqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər”.

Nazir vergi qanunvericiliyində mühüm dəyişikliklərdən biri kimi, gələn ildən sadələşdirilmiş verginin dərəcəsinin aşağı salınmasına dair təklifi də diqqətə çatdırıb. Bildirib ki, sadələşdirilmiş vergi haqqında danışanda iki məqam qeyd edilməlidir. Birincisi və ən əsası sadələşdirilmiş vergiödəyiciləri olan kiçik sahibkarlardır. Bu, illik dövriyyəsi 200 min manatı aşmayan çox sayda vergiödəyicisini əhatə edir. Həmin kateqoriya üçün əhəmiyyətli vergi güzəşti tətbiq edilməsi - vergi dərəcəsinin 4 faizdən 2 faizə qədər endirilməsi təklif edilib. Faktiki olaraq, belə vergiödəyiciləri üçün vergi yükü iki dəfə azaldılmış olur.

İkinci kateqoriya sadələşdirilmiş vergiödəyiciləri bir sıra fəaliyyət növlərini əhatə edir. Bunlar topdansatış fəaliyyəti ilə məşğul olan, tikinti sektorunda fəaliyyət göstərən və digər sahibkarlıq subyektləridir. Dövlət belə kateqoriya sahibkarlara da müxtəlif iqtisadi və fiskal səbəblərə görə sadələşdirilmiş vergiödəyiciləri ola bilmək üçün seçim imkanı verib. Bu sahədə müəyyən mənfi hallar müşahidə edilirdi. Bir sıra hallarda kiçik biznes nümayəndəsi olmayan, yəni, dövriyyələri 200 min manatı aşan bəzi vergiödəyiciləri dövlətin tətbiq etdiyi güzəştlər sistemindən, asan biznesə başlama üsullarından sui-istifadə edərək, dövriyyələrini azaltmaq, bizneslərini məqsədli şəkildə bir neçə yerə parçalayaraq qeydiyyatdan keçirməklə bu güzəştlərə vergidən yayınma vasitəsi kimi baxırdılar. Bundan ən çox əziyyət çəkən məhz kiçik sahibkarlar idi. Çünki orta və iri sahibkarlardan fərqli olaraq kiçik sahibkarların xərclərinin strukturu fərqlidir, gəliri azdır. Kiçik sahibkar öz dükanında satacağı malı və məhsulu böyük həcmdə ala bilmir. Deməli, müvafiq olaraq məhsulu daha yüksək qiymətə almış olur. Nəqliyyat xərcləri daha çoxdur və nəticədə aldığı malı daha yüksək qiymətə satmağa məcburdur. Beləliklə, kiçik sahibkar rəqabətə davam gətirməyə çətinlik çəkir. Dövlət bütün bunları nəzərə alaraq onun vergi güzəşti yolu ilə dəstəklənməsinə qərar verib.

Lakin baş verən sui-istifadə halları göstərir ki, onlar üçün nəzərdə tutulmadığı halda kiçik sahibkar olmayan bir çoxları da bu güzəştlərdən faydalanırlar. Təbii olaraq bu hal yolverilməzdir, bərabər və ədalətli vergitutma prinsiplərini pozan bir vəziyyətdir. Məhz bu səbəbdən dəyişikliklər paketində sadələşdirilmiş vergi fəaliyyətlərinə də yenidən nəzər salınıb və bu sahə üzrə fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib.

Vergilər naziri bildirib ki, dövlət kiçik sahibkarlığın dəstəklənməsində maraqlıdır. Bu siyasət davam etdirilir. Dövlət başçısı tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb və bir sıra təşviqedici mexanizmlər formalaşdırılıb.

M.Cabbarov kənd təsərrüfatı sahəsinə verilən vergi güzəştinin müddətinin daha 5 il müddətinə uzadılmasının təklif edildiyini də bildirib. Bu zaman vergi güzəştləri ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, bir çox hallarda bu və ya digər sahəyə, yaxud fəaliyyət növünə verilən güzəşt sahibkarlar tərəfindən vergi uçotuna zərurət olmaması kimi başa düşülür. Bəzi sahibkarlar hesab edir ki, vergi güzəşti varsa, uçot aparılmamalı, qanunvericiliyin digər tələblərinə əməl edilməməlidir. Bu isə sonda mənfi halların yaranmasına gətirib çıxarır. Məsələn, kənd təsərrüfatı istehsalçısına dövlət tərəfindən güzəşt təqdim edilir. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) ödəyici işçi ilə əmək müqaviləsi bağlamadığı və ya onun uçotunu aparmadığı halda pozuntu baş verir. Yaxud o, istehsal həcminin və satışının uçotunu aparmayanda müvafiq ticarət şəbəkəsinin vergidən yayınması üçün şərait yaratmış olur və bu, zəncirvarı bir həlqəyə çevrilir. Bu səbəbdən həm inzibatçılıqda, həm qanunvericilikdə, həm də ictimai şüurda belə bir yanaşmanı formalaşdırmalıyıq ki, dövlət güzəşti üçüncü şəxslərin vergidən yayınması üçün təqdim etmir. Güzəşt konkret sahədə çalışan sahibkarların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi məqsədi daşıyır.

Nazir, həmçinin bildirib ki, vergi qanunvericiliyinə dəyişikliklər paketi təsdiq edildikdən sonra Vergilər Nazirliyinin saytında və kütləvi informasiya vasitələrində ciddi kommunikasiya proqramı həyata keçiriləcək. Hazırda qanunvericilik layihəsi Milli Məclisdədir və aidiyyəti komitələrdə müzakirə olunur. Dəyişikliklər paketi hazırlanarkən onun ayrı-ayrı müddəalarının biznes subyektləri, sahibkarlıq assosiasiyaları və bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə müzakirəsi aparılıb.

M.Cabbarov vergi orqanları tərəfindən qanunlar çərçivəsində fəaliyyət göstərən ödəyicilərin daim dəstəklənəcəyini, səhvə yol verən vergiödəyicilərinə nöqsanların aradan qaldırılması üçün kömək göstəriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, nazirlik vergi öhdəliklərindən şüurlu şəkildə yayınan vergiödəyicilərinə münasibətdə dövlətin və qanunun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə etməklə adekvat addımlar atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub