“Milan” Daniel Maldini ilə müqavilə imzalayıb
Bakı, 26 dekabr, AZƏRTAC
İtaliyanın “Milan” futbol klubu hücumçu Daniel Maldini ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 17 yaşlı futbolçu ilə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub.
Maldini “Milan”ın 19 yaşadək futbolçulardan ibarət komandasında forma geyinəcək. Maldini ilə Avropanın digər klubları da maraqlanıb.
Cari mövsüm hücumçu gənclər komandasının heyətində 11 oyunda üç qol vurub. Maldini, daha əvvəl “Milan”ın U-17 komandasının heyətində 28 oyunda 13 dəfə fərqlənib.
Qeyd edək ki, Daniel Maldini “Milan”ın keçmiş kapitanı və klubun strateji inkişaf direktoru Paolo Maldininin oğlu və “Milan”ın məşqçisi olmuş Sezar Maldininin nəvəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]