“Milan” klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
Bakı, 6 aprel, AZƏRTAC
İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
2017-ci ilin noyabrında “Rossonyerlər”in baş məşqçisi vəzifəsinə gətirilən “Milan”nın əfsanəvi yarımmüdafiəçisi daha 3 il bu postda qalacaq.
Qattuzonun rəhbərliyi altında “Milan” 13 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Hazırda “Milan” A seriyasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Komandasını İtaliya kubokunun finalına çıxarmağı bacaran mütəxəssis “Milan”da xoşbəxt olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO
- 05.06.2026 [18:52]