“Milan” komandasının baş məşqçisi Qattuzo futbolçuların beş gün ərzində bazadan çıxmalarını qadağan edib
Bakı, 2 may, AZƏRTAC
İtaliyanın “Milan” komandasının baş məşqçisi Cennaro Qattuzo futbolçuları beş gün ərzində klubun bazasından çıxmalarına icazə verməyəcək.
AZƏRTAC xəbər verir ki, Qattuzonun belə bir qərar qəbul etməsinə “Milan”ın yarımmüdafiəçisi Tyemue Bakayokonun mayın 1-də məşqə 1 saat gecikməsi səbəb olub. Bu gündən etibarən mayın 6-da “Bolonya” ilə keçiriləcək oyuna qədər futbolçuların bazanı tərk etməsi qadağan olunacaq. Mənbənin verdiyi məlumata görə, oyunçular məşqçini fikrindən döndərə bilməyiblər, təqsirkar Bakayokonu isə ciddi cərimə gözləyir.
İtaliya çempionatında 34 turdan sonra 56 xal toplamış “Milan” hazırda turnir cədvəlində 7-ci yeri tutur. “Milan” həmin cədvəldə dördüncü yeri tutan “Atalanta” ilə müqayisədə 3 xal geridir. Mövsümün yekunlarına görə ilk dörd yeri tutan komandalar növbəti mövsümdə çempionlar liqasının qrup mərhələsində oynamaq hüququ qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]