MİLLİ FƏALİYYƏT PLANI TƏSDİQLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan insan alverinə qarşı mübarizə üzrə Palermo Protokoluna qoşulduqdan sonra ATƏT, ABŞ hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə Milli Fəaliyyət Planı hazırlanıb təsdiq edilmişdir. Planda insan alverinə qarşı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi də nəzərdə tutulmuşdur. Bununla əlaqədar milli əlaqələndirici, eləcə də Daxili İşlər Nazirliyinin tərkibində insan alverinə qarşı ixtisaslaşmış qurum fəaliyyət göstərir.
Hazırda insan alverinə qarşı mübarizə ilə əlaqədar qanun layihəsi hazırlanır.