Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli ideologiyanın formalaşmasında Azərbaycan Yazıçılar Birliyinin böyük rolu olmuşdur

Milli ideologiyanın formalaşmasında Azərbaycan Yazıçılar Birliyinin böyük rolu olmuşdur

Bakı, 13 iyun (AZƏRTAC, Zərəngiz Mansurova). Bu gün baş memarı ulu öndərimiz Heydər Əliyevin olduğu azərbaycançılıq ideologiyasının formalaşmasında yaradıcı insanların böyük xidmətləri vardır.

Yaradıcı insanların qoyub getdikləri zəngin irs Azərbaycan milli məfkurəsinin bel sütununu təşkil edir. Belə istedadların formalaşmasına, yaradıcılıq axtarışlarına cəlb edilməsinə və təbliğinə müxtəlif zamanlarda mövcud olan ədəbi cərəyan və məktəblər əvəzsiz töhfə vermişlər. Bu mənada 80 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Yazıçıları Birliyinin (AYB) də xidmətləri əvəzsizdir.

AZƏRTAC xəbər verir ki, iyunun 17-də Bakıda Azərbaycan Yazıçılar Birliyi (AYB) XII qurultayı keçiriləcək, bir gün sonra, daha dəqiq desək, iyunun 18-də isə qurumun yaradılmasının 80 illik yubileyi qeyd ediləcəkdir.

Qurultayda dünyanın 25 ölkəsindən 60-dək qonağın, AYB-nin üzvləri arasından isə 500-dək nümayəndənin iştirakı nəzərdə tutulmuşdur.

XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni həyatı bir sıra əhəmiyyətli hadisələrlə əlamətdar olmuşdur. Mətbuatın və bir sıra digər sahələrin inkişafı ilə yanaşı, 1926-cı ildə yazıçıların və şairlərin ilk böyük kütləvi birləşməsi Bakı Proletar Yazıçıları Assosiasiyası (BPYA) yaradılmışdır. Bu qurumun tərkibinə Bakıda yaşayıb-yaradan qələm sahibləri daxil edilmişdir.

Həmin assosiasiyanın 1928-ci il yanvarın 13-də birinci toplantısı keçirilmişdir. Toplantıda Ruhulla Axundov, Hacıbaba Nəzərli, Mustafa Quliyev, Süleyman Rüstəm, Manaf Quliyev ilə yanaşı, Əhməd Triniç, Anri Barbüs, Maksim Qorki, Aleksandr Serafimoviç və Nazim Hikmət kimi dünya şöhrətli ədiblər də rəyasət heyətinin tərkibində olmuşlar.

Bir il sonra -1929-cu ildə isə Azərbaycan Proletar Yazıçıları Assosiasiyasının (AzPYA) ikinci toplantısı keçirilmişdi.

Toplantılararası müddətdə AzPYA-nın fəaliyyəti genişlənmiş, Gəncədə, Göyçayda, Naxçıvan və başqa regionlarda gənclərin ədəbi fəaliyyəti artmış, dərnəklər yaradılmış, gənclərin əsərlərinin nəşrinə başlanılmışdır.

AzPYA 1932-ci ildə Sovet Yazıçılar İttifaqının tərkibinə daxil edilmiş, 1934-cü ilin iyun ayından isə bu qurumun 93 nəfər üzv və üzvlüyə namizədləri ilə birgə Azərbaycan Yazıçılar İttifaqı (AYİ) yaradılmışdır. İttifaqın ilk sədri Məmmədkazım Ələkbərli olmuşdur.

Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı kimi nəhəng söz bahadırları rəhbərlik etmişlər. 1991-ci ildən isə quruma Xalq Yazıçısı Anar rəhbərlik etməkdədir.

Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Yazıçılar Birliyi (AYB) adı altında fəaliyyət göstərən AYB ötən 80 ildə müxtəlif sınaqlardan keçərək milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir.

AYB-nin fəaliyyətində işıqlı cəhətlər, yeniliyə münasibət həmişə özünü büruzə vermişdir. Kökündən dəyişən sovet rejimi, ictimai-siyasi anlayışlar, Azərbaycanımızın müstəqilliyi dövrü, bir-birinə daban-dabana zidd olan fərqli ictimai-siyasi quruluşlarda Azərbaycan Yazıçılar Birliyi yaradıcı təşkilat kimi heç vaxt simasını dəyişməmiş, bütövlüyünü qoruyub saxlamışdır.

Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz Azərbaycan Yazıçılar Birliyi olmuşdur. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü Azərbaycan Yazıçılar Birliyinə tutmuşdu. Xalq yazıçıları Mirzə İbrahimov, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Anar, xalq şairləri Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Xəlil Rza Ulutürk və digər ədəbiyyat xadimlərimiz xalqın tərcümanına çevrilmişdilər.

Keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyinə - Moskvaya göndərilən ən kəskin məktub və müraciətlərin, Azərbaycanın haqq işinin dünyaya çatdırılması istiqamətində çoxsaylı fəaliyyətlərin də əsasında ədəbiyyat xadimlərimizin səyi danılmazdır. Ölkə daxilində sabitliyin qorunması, əsəbləri cilovlanmayan xalqın eyni, vahid məcraya yönəldilməsi, gecə-gündüz qaçqın-köçkün, didərginlərin yerləşdirilməsi bir vəzifə olaraq yazıçı və şairlərin boynuna düşmüşdü.

1990-cı ilin Qanlı Yanvar faciəsi, 1992-ci ilin Xocalı soyqırımı haqqında Moskva mətbuatı vasitəsilə dünyaya car çəkən də Azərbaycan Yazıçılar Birliyi olmuşdur.

Hazırda Azərbaycan Yazıçılar Birliyinin tərkibində nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, həmçinin AYB-nin

təşəbbüsü ilə yaradılmış bədii tərcümə, ədəbi əlaqələr mərkəzi fəaliyyət göstərir.

AYB-nin nəzdində Naxçıvan Yazıçılar Birliyi, habelə təşkilatın Gəncə, Qarabağ, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Sumqayıt, Qazax, Quba, Aran filialları, eləcə də Moskvada, Gürcüstanın Borçalı bölgəsində, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində, İstanbulda şöbələri və filialları fəaliyyət göstərməkdədir.

Birliyin nəzdində “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnalları, “Qobustan”, “Mütərcim”, “Körpü”, “Dünya ədəbiyyatı” topluları, Tərcümə Mərkəzinin “Xəzər” toplusu, həftəlik “Ədəbiyyat” qəzeti (aylıq “Mir literaturı” qəzeti əlavə olmaqla) buraxılır, xüsusi buraxılışlar nəşr edilir, bölgələrdə “Söz”, “Araz”, “Sınıq körpü” almanaxları çap etdirilir. “Oğuz eli” qəzetinin ayrı-ayrı yazıçıların yaradıcılıqlarına həsr edilmiş “Xüsusi buraxılış”ları dərc olunur.

Hazırda AYB-nin sıralarında 1500-dən çox yaradıcı insan birləşmişdir. Onlar Azərbaycan, rus, ləzgi, talış, tat və başqa dillərdə yazıb-yaradırlar.

Elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB-nin bir çox qurultaylarında çıxış etmişdir. Həmişə yaradıcı insanların həyatında əlamətdar rol oynamış Ulu Öndər yazıçı və şairlərə fəxri adların, dövlət mükafatlarının və fərdi təqaüdlərin verilməsinə xüsusi diqqət göstərmiş, yaradıcı insanların maddi rifahının, mənzil şəraitinin yaxşılaşdırılması üçün bir çox sərəncamlar vermişdir.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider 1997-ci il oktyabrın 29-da yazıçıların X qurultayı ərəfəsində gənc nəsildən olan yazıçıların bir qrupunu qəbul etmiş və görüşdə tarixi nitq söyləyərək demişdir: “Mən hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyi bu altı il müddətində - keçən qurultaydan indiyə qədər çox iş görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. Görürsünüz bu altı ildə bizim Azərbaycanın başına nə işlər gəlibdir. Yazıçılar Birliyi də bütün bu sınaqlardan, imtahanlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır...”

Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin bu müdrik kəlamları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə verilmiş ən böyük, ən müdrik qiymətdir.

Ulu Öndər AYB-nin ilk fəxri üzvü olmuşdur. Ondan sonra bir sıra ölkələrin görkəmli yazıçıları, o cümlədən Çingiz Aytmatov, Oljas Süleymenov, Cavad Heyət də bu yaradıcılıq qurumunun fəxri üzvləri seçilmişlər.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il mayın 21-də - yazıçıların XI qurultayı ərəfəsində AYB-nin rəhbərliyini qəbul etmiş və bildirmişdir ki, yazıçılara daha gözəl şərait yaradılması üçün dövlət öz tərəfindən əlindən gələni etməyə çalışacaqdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və “Ədəbiyyat” qəzetinin nəşrə başlamasının 75 illik yubileyi haqqında” 2009-cu il 18 may tarixli Sərəncamı müvafiq sahənin qayğı və problemlərinin həllinin bilavasitə dövlətimizin başçısının nəzarətində olduğuna daha bir bariz nümunədir.

Prezident İlham Əliyev qurumun yerləşdiyi tarixi binanın əsaslı təmir edilməsi, avadanlıq və bir sıra yeni texnoloji resurslarla təmin edilməsi üçün xüsusi Sərəncam imzalamış, əsaslı təmirdən sonra görülən işlərlə şəxsən maraqlanmışdır. Birliyin tərkibində Gənc Ədiblər Məktəbinin və Gənclər Şurasının yaradılması, eyni zamanda, yaşlı nəsil və gənclərə fərdi təqaüdlərin verilməsi üçün şərait qurulmuş, vəsait ayrılmışdır.

AYB-nin 80 illik yubileyi və XII qurultayı ərəfəsində Birliyin ayrı-ayrı qurumlarının hesabatları dinlənilmiş və bir çox məsələlərə baxılmışdır.

İnanırıq ki, bu qurultayda da AYB-nin üzvləri düzgün qərar qəbul edərək növbəti beş ildə ədəbi prosesin ön sıralarında olacaqlar.

Zərəngiz Mansurova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər