Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Milli Kitabxanada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsinin təbliği məqsədilə “3 Dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, reabilitasiyası və sosial müdafiəsi, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğu və digər mövzulara dair dövri mətbuatda dərc olunmuş məqalələr, monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici dillərdə nəşrlər, həmçinin fotomateriallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]