Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə konfrans keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə aprelin 23-də Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar “Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu əlamətdar gün barədə məlumat verib. Direktor vurğulayıb ki, bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. 23 aprel dünya ədəbiyyatında simvolik tarixdir. Bildirib ki, bu tarixin seçilməsi də təsadüfi deyildir, belə ki, həmin tarix Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli dünya ədəbiyyatı klassiklərinin vəfat etdiyi gündür. Qeyd edib ki, Milli Kitabxana hər il bu tarixi qeyd edir, geniş kitab sərgiləri açır, gənc şair və yazarlarla görüşlər təşkil edir, kitab təqdimatları keçirir.

Sonra K.Tahirov “Ulu öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında” mövzusunda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşıb və bu diqqət milli mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanadan da yan keçməyib. Təsadüfü deyil ki, Ümummilli Lider çıxışlarında kitaba, kitabxanaya önəm vermiş və demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Direktor onu da qeyd edib ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmiş və bu gün bu kitablar Milli Kitabxananın Heydər Əliyev guşəsində əks olunur. Milli Kitabxana hər il Ulu Öndərin doğum günü ərəfəsində həmin kitabları nəinki Bakıda, habelə bölgələrdə gənclər qarşısında nümayiş etdirərək onlarda kitaba və mütaliəyə maraq yaratmağa və bu böyük şəxsiyyətdən əsl mütaliəçi olmaq nümunəsi götürməyə çağırır.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə bu gün münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərləri təbrik edib. Bildirib ki, kitab bilik mənbəyi, nəsildən-nəslə ötürülən bir vasitədir və həm də kitab yaradıcı əməyin məhsuludur. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir. Vaqif Əliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab və kitabxana sahəsi, nəşriyyatlarla bağlı verdiyi müvafiq sərəncamlar bu işdə mühüm rol oynayıb. Daha sonra, Prezident İlham Əliyevin sərəncamları və bu sərəncamlara əsasən latın əlifbasına keçid və Azərbaycan ədəbiyyatının kütləvi tirajlarla latın əlifbasında çap olunması, kitabxanalara paylanılması xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, 23 aprel tarixi məşhur ədəbiyyat xadimlərinin şərəfinə qeyd edilən bir gündür: “Görkəmli yazıçıların xatirəsinə həsr olunmuş, kitabların və müəlliflərin dəyərləndirilməsi məqsədilə təsis olunan bu əlamətdar gün hamının, xüsusilə də uşaqların və gənclərin fəal mütaliəyə cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşdırılmasına çağırış günüdür. Bu günün qeyd olunması kitabların insanlara sevdirilməsi, kitab müəlliflərinin yaradıcılığına marağın artırılması, yaradıcı şəxslərin xüsusi rolunun vurğulanması, eyni zamanda, cəmiyyətin davamlı inkişafı üçün maarifçiliyin ön plana çəkilməsi məqsədi daşıyır. Düşünürəm ki, bugünkü konfransın mövzusu bu nöqteyi-nəzərdən çox aktual və vacibdir. UNESCO bu münasibətlə hər il çoxsaylı tədbirlər keçirir. Müasir dövrdə gənc nəslin elmə, biliyə olan marağının, kitaba olan tələbatının artırılması mühüm əhəmiyyət kəsb edir”.

Həmçinin tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü” və “Gənc yazarlar” adlı virtual sərgilər də nümayiş olunub.

Daha sonra Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu” mövzusunda çıxış edib. O, ilk növbədə Milli Kitabxananın fəaliyyətini qiymətləndirərək bildirib ki, bizim dünyagörüşümüzün formalaşmasında kitabxananın mühüm rolu olub. Sonra o, Bakı Kitab Mərkəzinin də müasir dövrdə kitaba olan marağın artırılmasında gördüyü işlərdən, keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ermənilər tərəfindən işğal altında olan bölgələrimizdə çoxsaylı kitabxanalar məhv edilib, kitablar isə yandırılıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzusunda çıxış edib. Bildirib ki, kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. O, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxananın fəaliyyətinə xüsusi önəm çəkərək bildirib ki, ora fərqliliyi ilə daim diqqət çəkib: “Biz dəfələrlə Açıq Kitabxanada kitab təqdimatları, poeziya günləri, gənc yazarlarla görüşlər keçirmişik və pandemiya şəraiti bitdikdən sonra biz belə tədbirlərimizi yenidən təşkil edəcəyik”.

Tədbirin davamında AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və “Təhsil” nəşriyyatının direktoru Tural Axundov mövzu üzrə çıxış ediblər.

Sonda qonaqlar “23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” geniş sərgisi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək