MƏDƏNİYYƏT
Milli Kitabxanada mühafizə olunan qədim kitabların sərgisi təşkil edilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “From the Golden fund of Azerbaijan National Library” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə Milli Kitabxananın nadir kitablar fondunda mühafizə edilən qədim kitabların və xarici ölkə kitabxanalarından gətirilmiş əlyazmaların digital nüsxələri nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/sergi_en/index_en.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Xaqani Şirvani, Nəsirəddin Tusi, Mir Möhsün Nəvvab və digərlərinin dünya kitabxanalarında qorunan əlyazmalarının surətləri və nadir kitablar fondunda mühafizə edilən qədim kitablar nümayiş olunur.