Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS “2003-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA” QANUN LAYİHƏSİNİ TƏSDİQ ETMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin iyunun 4-də keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunmuşdur.

Layihə ilə bağlı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov məlumat vermişdir. O demişdir ki, 2003-cü ildə dövlət büdcəsinin mədaxil hissəsi qanunla təsdiq olunmuş 6092,0 milyard manat əvəzində 6104,5 milyard manat və ya 100,2 faiz icra olunmuşdur. Dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 17,4 faizini təşkil etməklə 2002-ci illə müqayisədə 2,4 bənd çoxdur.

Büdcə daxilolmalarının 67,0 faizi və ya 4089,5 milyard manatı Vergilər Nazirliyi, 17,4 faizi və ya 1061,2 milyard manatı Dövlət Gömrük Komitəsi, 0,2 faizi və ya 12,7 milyard manatı İqtisadi İnkişaf Nazirliyi tərəfindən təmin edilmiş, 15,4 faizi və ya 941,0 milyard manatı digər mənbələrdən daxil olmuşdur.

Vergi orqanlarının xətti ilə toplanmış vəsaitin 55 faizi və ya 2249,6 milyard manatı əsas 9 iri vergi ödəyicisinin payına düşmüşdür.

Bu ödəyicilərdən biri olan Dövlət Neft Şirkəti tərəfindən büdcəyə 1853,0 milyard manat vergi daxil olmuşdur. Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə 500,0 milyard manat vəsait köçürülməklə tapşırığa tam əməl olunmuşdur.

Avropa Birliyinin Azərbaycan Respublikasına qrant şəklində verdiyi 28,4 milyard manat vəsait büdcəyə köçürülmüşdür ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.

Hesabat ilində dövlət büdcəsinin xərcləri qanunla təsdiq olunmuş 6423,0 milyard manat əvəzinə 6172,7 milyard manat və ya 96,1 faiz icra edilmişdir. Bu xərclər 2003-cü ildə ümumi daxili məhsulun 17,6 faizini təşkil etmişdir. Xərclərin icrası zamanı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə üstünlük verilməklə vəsaitin 3397,4 milyard manatı bu istiqamətə yönəldilmişdir.

Faktiki xərclərin 1906 milyard manatı və ya 30,9 faizi əmək haqqı və əmək haqqına üstəlik xərclərə sərf olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra təsdiq olunmuş 301,4 milyard manat əvəzinə, 295,8 milyard manat yerinə yetirilmişdir.

Ötən il qanunvericiliklə təsdiq olunmuş Azərbaycan Respublikasının daxili dövlət borcunun 550 milyard manat limiti gözlənilmişdir. Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı üstün hesab olunan layihələrin maliyyələşdirilməsi üçün 2375 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə ölkənin xarici borcu 1575 milyon ABŞ dolları təşkil etmişdir.

2003-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə 240,6 milyard manat vəsait cəlb edilmiş, faktiki kəsir isə 68,2 milyard manat olmuşdur.

Sonra maliyyə naziri Əvəz Ələkbərov məruzə ilə çıxış etmişdir. O demişdir ki, ölkəni iqtisadi-siyasi böhrandan çıxaran, cəmiyyətin demokratikləşməsi və bazar iqtisadiyyatına yönəldilmiş islahatların banisi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət almışdır. 2003-cü ildə həyata keçirilmiş sağlam və düzgün iqtisadi, büdcə, vergi siyasəti ölkənin maddi ehtiyatlarından səmərəli istifadə edilməsinə, iqtisadi durumun yeniləşməsinə və dinamik inkişafına səbəb olmuşdur.

Hesabat ilində iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun real artımı 11,2 faiz təşkil edərək 35 trilyon manatdan çox olmuşdur. Bu göstəricinin adambaşına düşən həcmi 10,3 faiz artaraq 880 ABŞ dollarınadək yüksəlmişdir. ÜDM-in strukturunda maddi istehsalın payı 63 faiz, qeyri-dövlət sektorunda xüsusi çəkisi 73,4 faiz təşkil etmişdir. Həm də bu müddət ərzində qeyri-dövlət sektorunda artım sürəti dövlət sektoruna nisbətən 3,4 faiz yüksək olmuşdur. Ölkənin iqtisadi vəziyyətinin mühüm göstəricilərindən biri onun valyuta ehtiyatıdır ki, 2004-cü ilin əvvəlinə Neft Fondunun vəsaiti nəzərə alınmaqla 1 milyard 572 milyon dollar təşkil etmişdir. Bu da ölkəmizin maliyyə etibarlılığına zəmanət verir. 2003-cü ildə adambaşına düşən sərmayələrin həcmi adambaşına düşən xarici borcdan 5 dəfə çox və ya 991 dollar olmaqla bütün maliyyələşmə mənbələrindən ölkə iqtisadiyyatına 19,5 trilyon manat vəsait yönəldilmişdir. Nazirlik 2004-cü ilin 4 ayında ölkənin makroiqtisadi vəziyyətini və dövlət büdcəsinin icrasını da nəzərdən keçirmişdir. Məlum olmuşdur ki, cari ilin 4 ayında ümumi daxili məhsulun həcmi 10,1 faiz artaraq 11,1 trilyon manata çatmışdır. İlin əvvəlindən bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın və sosial sahələrin inkişafına 7,2 trilyon manat sərmayə yönəldilmişdir. Bu da ötən ilin müvafiq dövründəki ilə müqayisədə 63,4 faiz çoxdur. Bu göstəricilər nəzərə alınmaqla artıq 2005-ci ilin də dövlət büdcəsinin ilkin variantı hazırlanmışdır. Hökumət ümumilikdə büdcədə şəffaflığın, regionların və ümumilikdə respublika iqtisadiyyatının inkişafının təmin olunması, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində bütün imkanları səfərbər edəcəkdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov bəzi məsələlərə aydınlıq gətirdikdən sonra deputatlar layihəni geniş müzakirə etmişlər.

Sonda “2003–cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səs çoxluğu ilə qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH