MİLLİ MƏCLİS DEPUTATININ STATUSU HAQQINDA QANUNA DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, layihədəki dəyişikliklərlə bağlı komissiyanın sədri Əli Hüseynov məlumat verərək demişdir ki, qanuna təklif olunan əlavə və dəyişiklikdə Milli Məclis üzvlərinə deputat səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergidən azad olunan pul təminatı alması, məzuniyyət haqlarının verilməsi (müalicə və məzuniyyət üçün iki aylıq vəzifə maaşı məbləğində) icbari sığortalarının məbləği, pensiya təminatı və digər müddəalar öz əksini tapmışdır.
Deputatlar məsələnin Milli Məclisin müzakirəsinə çıxarılmasını qərara alıblar.