Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev iclası açaraq bu gün ölkəmizin elmi biliklərin, təcrübənin nəsildən nəslə ötürməyə əsas verən müasir təhsil sistemi şəbəkəsinə malik olduğunu bildirib. Qeyd olunub ki, XXI əsrin çağırışlarına cavab verən və müstəqil dövlətimizin iqtisadi inkişafını təmin edə biləcək yeni müasir təhsil sisteminin yaradılmasının əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Bildirilib ki, bu sahədə düşünülmüş siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Bu baxımdan ölkə başçısı tərəfindən Azərbaycanda ali təhsilin inkişafını, Avropa təhsil məkanına sərbəst çıxışı əldə edə biləcək mütəxəssis hazırlığını təmin etmək məqsədi ilə ölkəmizin Bolonya prosesinə qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Azərbaycan 2005-ci il mayın 9-da Bolonya prosesinə qoşulub və bununla da ali təhsil sahəsində aparılacaq islahatın istiqaməti və məzmunu müəyyən edilib. Bolonya deklarasiyasının müddəalarını həyata keçirmək məqsədi ilə Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən ötən müddət ərzində çoxsaylı qərarlar qəbul edilib və ali təhsilin yenidən qurulması ilə bağlı bir çox işlər görülüb.

Ali təhsil sahəsində islahatları sürətləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncam imzalayıb. Bu sənəddə nəzərdə tutulan bir çox məsələlər artıq həyata keçirilib. Bununla yanaşı, bir sıra digər mühüm qərarlar da qəbul edilib. Belə ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” ölkə Prezidenti tərəfindən təsdiq edilib. Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyasının təsdiq edilməsi yeni istiqamətləri müəyyən edib, islahatları daha da sürətləndirib.

Komitə sədri ölkə Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 16 noyabr tarixli Sərəncamını xüsusi qeyd edərək bildirib ki, müzakirəyə çıxarılan “Ali təhsil haqqında” Qanun layihəsi bilavasitə dövlətimizin başçısı tərəfindən ali təhsilin qarşısında qoyulmuş məsələlərin dairəsini, rəqabət qabiliyyətli ali təhsil müəssisələrinin yaradılmasını, ölkədə gedən sürətli iqtisadi inkişafın kadr təminatının əsaslarını müəyyən edir.

Qeyd edilib ki, Azərbaycanda təhsilin inkişafına Heydər Əliyev Fondunun da böyük dəstəyi var. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” və digər proqramlar çərçivəsində bir çox layihələr həyata keçirilib.

Bəxtiyar Əliyev deyib ki, təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində, o cümlədən qəbul edilmiş dövlət proqramlarının hər birində ali təhsilin yeni normativ hüquqi bazasının yaradılmasının zəruriliyi bildirilir. Diqqətə çatdırılıb ki, ali təhsilin inkişafını, bu istiqamətdə islahatların sürətləndirilməsini təmin etmək üçün “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən 2019-cu ilin sentyabr ayında yaradılıb. İşçi qrupuna komitənin üzvləri, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndələri, rektorlar və təhsil ekspertləri daxildir. Ötən müddət ərzində işçi qrupun üzvləri məhsuldar işləyib, çox sayda müzakirələr aparıblar.

Bildirilib ki, cari ilin yanvar ayında Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun görüşü keçirilib. Tədbirdə, habelə təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak ediblər.

Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” Qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırılmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev öz çıxışında deyib ki, təqdim olunan qanun layihəsi Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır. Qeyd edilib ki, Azərbaycan təhsilinin öz ənənələri mövcuddur, 100 yaşlı ali təhsil müəssisəmiz var. Eyni zamanda, dünyada sürətli dəyişikliklər baş verir. Biz bu dəyişiklikləri Azərbaycan ali təhsilinə gətirmək istəyirik. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir.

Nazir bildirib ki, qanun layihəsinin böyük bir hissəsi ənənələrə söykənir, bir sıra müddəalar var ki, burada mütəxəssis rəyi, təhqiqatlar böyük önəm daşıyır, həmçinin qəbul prosesi, ixtisas seçimi ilə bağlı şəffaflığın təmin edilməsinə dair məqamlar da əhəmiyyətlidir.

Emin Əmrullayev öz çıxışında ali təhsilin əlçatanlığı, bu sahədə idarəetmə, təlim-tədris prosesi, habelə rus bölmələrində təhsilin qurulması, regionlarda təhsilin səviyyəsi və bir sıra digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən komitə sədrinin və işçi qrupu rəhbərinin müavini Musa Qasımlı, qrupun üzvləri - deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Etibar Əliyev, Eldar Quliyev, Şahin Seyidzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, deputatlar Müşfiq Məmmədov, Tamam Cəfərova qanun layihəsi barədə qeyd və təkliflərini söyləyiblər.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil naziri Emin Əmrullayev çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər. Diqqətə çatdırılıb ki, müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək. Layihə ilə bağlı QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr də nəzərdə tutulub. Qəbul olunacaq qanun ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir