MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Halvdan Skard təbrik üçün minnətdarlığını bildirmiş və demişdir ki, səfərdən məqsəd Azərbaycanla yaxından tanış olmaq və ölkənin yerli özünüidarəetmə strukturlarının işi ilə maraqlanmaqdır. Konqres Azərbaycanda bələdiyyələrin işinin təşkilində, demokratiyanın inkişafında Azərbaycana yardım göstərmək niyyətindədir.
Arif Rəhimzadə qonağa Milli Məclisin fəaliyyəti, bələdiyyələrin işinin təşkili və qanunvericilik bazası haqqında geniş məlumat vermişdir. Komissiya sədri bildirmişdir ki, bələdiyyələrlə bağlı 70-ə yaxın hüquqi-normativ akt qəbul olunmuşdur ki, bunların da 40-dan çoxu qanundur. Qanunların qəbulunda Avropa Xartiyasının müddəaları və prinsipləri nəzərə alınır. Parlament, xüsusən də komissiya hazırda qanunların monitorinqini aparır, qanunların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlayır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.