Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, təbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə, Xarici İşlər nazirliklərinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova dinləmələrdə çıxış edərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Lakin Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər.

Bahar Muradova qeyd edib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə yaratmasının fərqindədir. Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat, Ermənistan rəhbərliyinin cinayət əməlləri hamıya məlumdur. Dünya ictimaiyyəti, beynəlxalq ekspertlər, analitiklər bu münaqişəni region üçün çox ciddi təhlükə hesab edirlər. Bu münaqişənin həllinin vaxtı çoxdan gəlib çatıb.

Bildirilib ki, 2014-cü ildən indiyədək Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata cəlb etmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə tarixi, mədəni abidələr məhv edilir, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanıdılması istiqamətində səylər göstərilir. Aprelin 2-dən başlayan gərginliklər, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı.

Milli Məclis sədrinin müavini qeyd edib ki, artıq Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz hadisələr başlayıb. Ermənistanın ictimai-siyasi həyatında ziddiyyətli proseslər gedir. Əhali arasında bu münaqişənin heç kəsə lazım olmadığı haqda fikirlər get-gedə daha geniş yayılır. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları bu münaqişənin həllinin uzanmasından yorulublar. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil.

Bahar Muradova vurğulayıb ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycanın daha çox imkanlarının olduğu bir daha sübut edildi. Heç kəsdə şübhə qalmadı ki, regionun ən güclü ordusu Azərbaycanındır.

Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib. O vurğulayıb ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Məqsəd də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Nazir müavini vurğulayıb ki, bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var.

Qeyd edilib ki, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Ermənilərin məqsədi budur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib.

X.Xələfov vurğulayıb ki, Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirib, Xocalıda soyqırımı törədib. Bu ölkə ən azı Nürnberq prosesində olduğu kimi, törətdiyi cinayətlərə görə cavab verməli idi. O, görülən işlərin Ermənistanın işğalçılıq siyasətinə hüquqi-siyasi qiymət verilməsinə gətirib çıxaracağına inandığını söyləyib. “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat şəkildə əksini tapmır. İnsan haqları üzrə ali komissar “Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansı işləri görmüsünüz” sualına cavabında mandatlarının buna imkan vermədiyini bildirir. Bu, gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”, - deyə X.Xələfov bildirib. Nazir müavini Azərbaycanın girovlar məsələsini də beynəlxalq səviyyədə tez-tez qaldırdığını bildirərək deyib: “Biz vətəndaş cəmiyyəti səviyyəsində belə təşəbbüslərlə tez-tez çıxış etsək, bunun nəticəsi də tez olar”.

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasov aprel ayında təmas xəttində baş vermiş hadisələr, Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin nəticələri haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən, Ağdam, Tərtər, Goranboy, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlar, mina və qumbaraatanlardan intensiv atəşə tutduğunu bildirib və Ermənistanın müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərini ciddi şəkildə pozduğunu diqqətə çatdırıb. Bildirib ki, sonrakı günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən bu cinayətkar əməllər davam etdirilib, mülki əhaliyə və yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində mülki şəxslər arasında müxtəlif dərəcəli xəsarət alanlar olub, vətəndaşların şəxsi mülkiyyəti və digər mülki obyektlər dağıntıya məruz qalaraq ciddi ziyan vurulub. Konkret olaraq hadisələr zamanı altı nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Üç mülki şəxs Tərtər rayonunda, üç nəfər isə Ağdam rayonunda odlu silahlardan atılan atəşlər nəticəsində həlak olub. Həmçinin mülki şəxslərdən doqquz nəfər Tərtər, 13 nəfər Ağdam, üç nəfər Goranboy rayonu ərazilərində ermənilər tərəfindən atılan güllələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O cümlədən Goranboy rayon polis şöbəsinin əməkdaşı Tapqaraqoyunlu kəndində xidmət apardığı zaman snayper atəşi nəticəsində başından güllə yarası alıb. Bir mülki şəxs Füzuli rayonu, bir mülki şəxs Ağcabədi rayonu ərazisində xəsarət alıb. Xəsarət alanlardan üç nəfəri qoca, üçü qadın, ikisi azyaşlı şəxs olub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, aprel ayında təmas xəttində baş verən hadisələr Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. O deyib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Artıq aprel hadisələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət göndərilib. Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq. Ermənistan tərəfdən isə iki Ermənistan hərbçisinin guya Azərbaycan əsgərləri tərəfindən təhqir olunması iddiası ilə Avropa Məhkəməsinə müraciət edilib. Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin cəsədləri işğal altındakı ərazilərdə tapılıb və Azərbaycan ordusunun nəzarətindəki ərazilərdə olmayıb.

Çingiz Əsgərov vurğulayıb ki, digər hallarla da bağlı məlumatlar toplanılır. Bunlarla da bağlı Avropa Məhkəməsinə müraciətlər ediləcək. Beş yüzdən artıq mülki və sosial obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək. Nəinki birbaşa erməni təcavüzündən zərər çəkmiş şəxslər, həmçinin atəşə məruz qalmış kəndlərin sakinləri də Avropa Məhkəməsinə müraciət etməlidirlər. Çünki Avropa Konvensiyasına əsasən onların hüquqları pozulub.

Sektor müdiri aprel ayında təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşərək vahid mövqedən çıxış etdiyini, dövlət siyasətini dəstəklədiyini vurğulayıb.

Ötən ilin payızından etibarən Ermənistan tərəfinin qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tutduğunu deyən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, 2016-cı ilin martından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Aprelin ilk günlərindəki döyüşlərdə düşmənin itkiləri barədə məlumat verən V.Dərgahlı bildirib: “Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi və sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi. Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi”.

Mətbuat xidmətinin rəisi həmin əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin çox az hissəsinin - əsasən ön mövqedəki qüvvələrinin bir qisminin cəlb olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı Əlahiddə Ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Düşmən isə Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi.

Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov bildirib ki, cəbhə xəttində aprel hadisələri zamanı həlak olmuş və Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın cəsədlərinə baxış zamanı cəsədlərin üzərində təhqiramiz hərəkətlərə yol verildiyi məlum oldu. Tərtər rayon hərbi prokurorluğu tərəfindən bununla əlaqədar cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, aprelin 26-28-də Tərtər rayonunun Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 millimetr çaplı top mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir.

Qeyd edilib ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Vurğulanıb ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacağı təqdirdə bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO