Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə təşkil edilib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Milli Məclisin Səhiyyə komitəsində “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov tibbi tullantılar probleminin hər bir cəmiyyəti narahat edən ciddi məsələ olduğunu deyib. Bildirilib ki, bu tullantıların idarə olunmasının, utilizasiyasının düzgün həyata keçirilməməsi ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan verir və xüsusən də epidemioloji baxımdan böyük təhlükə yaradır. Əhliman Əmiraslanov bu sahədə müəyyən problemlərin mövcudluğunu, xüsusən bölgələrdə vəziyyətin qənaətbəxş olmadığını qeyd edib. O, tibbi tullantıların hərəkəti ilə bağlı müəyyən məsələlərin həllinin, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsinin aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin deputatı Soltan Məmmədov “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. O, tibbi tullantıların idarə olunması sahəsində aparılan monitorinqlərdən bəhs edərək bildirib ki, müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq subyektlərində formalaşan tibbi tullantıların hərəkəti, zərərsizləşdirilməsi işləri müasir dövrün tələblərinə cavab vermir.

Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində yeni və müasir yanaşmaların tətbiqinə, prosesin idarə olunmasının və nəzarət mexanizminin təkmilləşdirilməsinə, qurumlar arasında fəaliyyətin koordinasiyasının təmininə, vəzifə, öhdəlik və səlahiyyətlərin daha dəqiq müəyyən olunmasına ehtiyac var.

Sonra səhiyyə nazirinin müavini Nadir Zeynalov mövzu ilə bağlı qlobal yanaşma və trendlərə toxunub, Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində mövcud olan çatışmazlıqlar, qarşıya çıxan problemlərdən söz açıb. Nazir müavini bu problemlərin aradan qaldırılması üçün görülən işlərdən, tibbi tullantıların idarə olunması ilə bağlı hazırlanan yeni tələblər layihəsindən danışıb.

Dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev hökumətin ölkəmizdə tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin qurulmasında maraqlı olmasını diqqətə çatdırıb. Nazir müavini tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin birgə əmri ilə işçi qrupun yaradılması barədə məlumat verib. O bildirib ki, işçi qrupun yaradılmasında məqsəd tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması, zəruri tədbirlərin və təkliflərin hazırlanmasıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğunluğu ilə bağlı fikirlərini bölüşüb. Komitə sədri bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin və beynəlxalq standartların qanunvericilikdə təsbitinin vacibliyindən danışıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tibbi tullantıların ekologiya və ətraf mühit üçün yaratdığı ciddi fəsadlardan söz açıb. O bildirib ki, insanlarla yanaşı, bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. Elə tibbi tullantılar var ki, lazımi şəkildə utilizasiya olunmadıqda illərlə çürümür və torpağa, su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır. Komitə sədri tibbi tullantıların idarə olunması ilə bağlı təkliflərini səsləndirib.

Dinləmədə Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputatlar Məlahət İbrahimqızı, Kamilə Əliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, "Yeni Klinika" publik hüquqi şəxsin direktoru Barat Yusubov, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov, Dövlət Gömrük Komitəsi Tibb xidməti idarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin kafedra müdiri Fəridə Əli çıxış ediblər. Çıxışçılar tibbi tullantıların toplanması, çeşidlənməsi, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmləri ilə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov və Səhiyyə nazirinin müavini Nadir Zeynalov dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən sualları cavablandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb