Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə TÜRKPA-nın seminarı keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Milli Məclisdə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili moderatorluq edib.

Seminarı giriş nitqi ilə açan Tahir Mirkişili iştirakçıları salamlayaraq bildirib ki, bu gün pandemiyadan sonra TÜRKPA-nın ilk canlı iclasına ev sahibliyi edən Azərbaycan Respublikasının Milli Məclisi Sahibə Qafarovanın rəhbərliyi ilə dost və qardaş ölkələrimiz arasında qanunvericilik sahəsində əməkdaşlığın və parlamentlərarası peşəkar münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir.

O, dünyada texnologiyaların inkişaf etməsi, əmək məhsuldarlığına yaranan tələblər kontekstində əhalinin həssas qruplarının qorunması, işsizliyin azaldılması, yoxsulluğa qarşı mübarizənin vacibliyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətləri, onun qanunverici bazası, sosial sahibkarlığın inkişaf etdirilməsi, təşviqi mexanizmlərinin yaradılması barədə danışan komitə sədri qeyd edib ki, təkcə ünvanlı dövlət sosial yardım proqramı çərçivəsində il ərzində 47 min ailə 158 milyon manat vəsait alıb, özünüməşğulluq proqramları çərçivəsində isə təxminən 16 minə yaxın vətəndaş istehsal vasitələri ilə təmin edilib.

Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda sosial cəhətdən həssas qruplara xüsusi qayğının göstərilməsi, onların əmək, məşğulluq və yaradıcı potensialının gerçəkləşdirlməsi istiqamətində görülən işlərdən və yaradılan inklüziv imkanlardan və innovativ həllərdən bəhs edib.

Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er salamlama nitqi ilə çıxış edib. O, toplantının türk dünyasının qardaşlığına, parlamentlərarası əlaqələrinə töhfə verəcəyinə inamını bildirib. Mehmet Süreyya Er seminarın dünyanın, o cümlədən TÜRKPA ölkələrinin də qarşılaşdığı müasir çağırışlar, xüsusilə ən həssas təbəqələr üçün imkanların genişləndirilməsi ilə bağlı üzərinə düşən məsuliyyətin yerinə yetirilməsi baxımından əhəmiyyətinə toxunub.

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sabah keçiriləcək 9-cu iclasında “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsinin müzakirə ediləcəyini də bildirən Baş katib tədbirin gerçəkləşməsində göstərdiyi yüksək qonaqpərvərliyə və hərtərəfli dəstəyə görə Milli Məclisə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Seminarın açılış hissəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədri Fərid Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov çıxış ediblər.

Onlar Azərbaycanda sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması, həmçinin vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mütərəqqi, çoxşaxəli və mərhələli şəkildə həyata keçirilən islahatlardan danışıblar, təmsil etdikləri qurumların gördüyü işlər, əldə etdiyi nəticələr barədə məlumat veriblər.

Açılış hissəsi bitdikdən sonra seminar öz işini sessiyalarda davam etdirib. Sessiyalarda TÜRKPA-ya üzv ölkələrin təqdimatları dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

“TÜRKPA-nın üzv ölkələrinin əhalisinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi problemləri və qanunvericilik səviyyəsində həlli yolları” adlanan I sessiyası TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonovun moderatorluğu ilə keçirilib.

Sessiyada Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədov çıxış edib.

Hikmət Məmmədov hər bir cəmiyyətdə həssas qrupların mövcudluğunun dəyişməz gerçəklik olduğunu qeyd edərək TÜRKPA-ya üzv ölkələrin bu problemlərin həlində ortaq qərarlar qəbul etmək istəyini yüksək qiymətləndirib. O, sosial məsələlərin mahiyyətinə toxunaraq sosial təminatın yaxşılaşdırılması, inklüziv inkişafın dəstəklənməsi, sosial sahibkarlığın aktuallığı barədə fikirlərini səsləndirib.

Qeyd edək ki, bu sessiyada Azərbaycan tərəfindən təqdimatı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin şöbə müdiri Aygün Musayeva edib.

Seminarın “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın inkişafının stimullaşdırılmasına qanunvericilik dəstəyi” adlanan II sessiyasına Milli Məclisinin üzvü, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini, Nizami Cəfərov moderatorluq edib.

Nizami Cəfərov sosial cəhətdən tarixən cəmiyyətin bir hissəsi olmuş həssas qrupların problemlərinin müasir dövrdə aktuallaşmasına toxunub, dünyada köçkün və qaçqınlarının sayının artmasının bu problemi daha da qabartdığını bildirib. O, əhalinin sosial cəhətdən həssas təbəqələrinin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi, həmçinin müəssisələrin bu kateqoriyadan olan vətəndaşları öz fəaliyyətlərinə cəlb etməsi formaları ilə bağlı fikirlərini bölüşüb.

İkinci sessiyada Azərbaycan tərəfindən təqdimatla Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edib. O, sosial sahibkarlıq fenomenini qanunvericilik aspektindən xarakterizə edib, onun Azərbaycan qanunvericiliyindəki yeri, normativ-hüquqi bazası, təşkilati-hüquqi formaları haqqında məlumat verib. Sosial sahibkarlığın inkişaf etdiyi sahələr, onun hüquqi tənzimlənməsinin təməl prinsiplərindən bəhs edib.

Sessiyalardan sonra seminara yekun vuran Milli Məclisin komitə sədri Tahir Mirkişili seminarda söylənilənləri ümumiləşdirərək belə bir fikir ifadə edib ki, sosial cəhətdən həssas təbəqələrinin istehsal fəaliyyətinə cəlb edilməsində dövlətin həvəsləndirici tədbirlərinin və qanunvericilik dəstəyinin rolu əvəzsizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq

Premyer Liqa: "Neftçi"dən asan qələbə

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Nikol Paşinyan: Qarabağ bizim deyildi

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Deputat: Azərbaycan xalqının taleyində həlledici dönüş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

WUF13 Festivalı - Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel

Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub

Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO