Milli Məclisə seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, indiyədək 77 min 721 yerli müşahidəçi qeydiyyata alınıb. Eyni zamanda, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.